Şrift:
Fərəc Quliyev: -IV Bakı Beynəlxalq Bakı Humanitar Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın nümunəvi bir dövlət olduğunu göstərir.
02.10.2014 [16:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Bu gün keçirilən IV Bakı Beynəlxalq Bakı Humanitar Forumu həlledici bir forumdur. Çünki burada dünyanın 60 ölkəsindən dövlət xadimləri, alimlər iştirak edir”. Bunu AZADİNFORM-a açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.
O bildirib ki, forumda həmçinin, BMT-nin İnkişaf Proqramının rəhbəri, İSESKO-nun direktoru da iştirak edir: “Bir çox ölkələrdən nümayəndələr var ki, panellərdə məruzəçi olaraq iştirak edəcəklər. Onların arasında keçmiş prezidentlər, baş nazirlər var. Bu yönümdən düşünürəm ki, çox əhəmiyyətli bir forumdur. Azərbaycanın tanınması baxımından bu insanların buraya gəlməsi, müəyyən məsələlər görməsi və birbaşa əlaqələr baxımından IV Bakı Beynəlxalq Bakı Humanitar Forumu çox əhəmiyyətlidir. Üstəlik isə forumda müzakirəyə qoyulan məsələlər çox ciddidir”.
Millət vəkilinin sözlərinə görə, forumda multikulturalizmlə bağlı I panel var ki, orada müzakirələr olacaq: “Azərbaycan əməlində də tolerant ölkə olduğunu göstərib. Çünki ölkəmizdə bir çox etnoslar vahid bir xalq kimi yaşayırlar və 1 dövləti təşkil edirlər. Burada heç kimə qarşı irqi, milli, dini ayrı-seçkilik edilmir. Azərbaycanda bütün dinlərdən olan şəxslər fəaliyyət göstərirlər. Bunun həm də nəzəri baxımından müzakirəyə çıxarılması çox əhəmiyyətli məsələlərdəndir. Çünki dünyanın müxtəlif ölkələrində milli kimlik konsepsiyalarına müxtəlif yanaşmalar var. Ancaq hər halda bunun siyasi, hüquqi aspektlərini müzakirə etmək, liberal dəyərlərin Azərbaycanda tətbiqini həm praktiki görmək, həm də burada onun müzakirəsində iştirak etmək baxımından bu da bir əhəmiyyətli məsələdir”.
F.Quliyev hesab edir ki, forumun ölkəmizdə keçirilməsi Azərbaycanın nümunəvi bir dövlət olduğunu göstərir: “Həmçinin, mədəni platformalarla bağlı olaraq, mədəniyyətlərarası dialoqda axtarışların olması da mühümdür. Azərbaycanın əraziləri işğal olunan zaman sadəcə maddi qaynaqlardan insanların məcburən köçürülməsindən başqa həm də bizim mədəniyyət abidələrinin dağıdılmasını qabartmaq imkanları yarandı. Çünki mədəniyyət abidələri bəşəri dəyərdir. Təkcə bir etnosa, dövlətə, xalqa məxsus olmur, baxmayaq ki, həmin xalq və ya dövlətin onu yaratmasına baxmayaraq. Yaratdıqdan sonra artıq bu, dünyanın sərvətinə çevrilir. Ermənilər vanadalizm edərək Azərbaycanın mədəniyyət abidələrini darmadağın edirlər. Bunu forumda ortaya qoymaq məncə mümkündür”.
Millət vəkili digər məsələ olaraq isə media ilə bağlı bu forumda müzakirələrin keçirilməsini çox məqsədəuyğun sayır: “Məncə, ədalətsiz şəkildə bəzi xarici və xüsusən də beynəlxalq təşkilatların məruzəçiləri və ya Azərbaycandan bəzi QHT-lər müəyyən məlumatlar göndərirlər ki, Azərbaycanda media azadlığı yoxdur. Lakin bu doğrudan da cəfəngiyyatdır. Çünki Azərbaycanda kifayət qədər çoxlu media orqanları var. Heç kimə də müəyyən məsələ ilə bağlı senzura qoyulmayıb. Kim nə istəyirsə yazır, işıqlandırır. Bunu bir daha bu forumda nəzəri cəhətdən həm müzakirə etmək, həm də bunu ölkə olaraqdan tanıtmaq və göstərmək mühüm məsələlərdən biridir”.
F.Quliyev əlavə edib ki, forumda həmçinin, daha çox elmi məsələlərin müzakirəsində də yenə də Azərbaycan elminin verə biləcəyi töhfələr və birgə dünya elmində Azərbaycanın alimlərinin iştirakın tərəflərinin müzakirəsi mühümdür: “Burada geotexnologiya, molekulyar biologiya və digər sahələrlə bağlı humanizmin müzakirə olunması üçün, bir sözlə bütün bunların müzakirəsi üçün güclü zəmin var ki, həm Azərbaycanın elmi həm də mədəni, siyasi potensialı təqdim olunsun. Bu mənada mən bu forumu yüksək qiymətləndirirəm”.
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed