Şrift:
İŞİD Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərini ələ keçirib
06.10.2014 [20:37] - Gündəm, Hərb
Türk ordusuna məxsus tanklar sərhədə yeridilib

“İraq Şam İslam Dövləti”nə (İŞİD) məxsus silahlılar Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərini ələ keçirib.

Türkiyə mətbuatının xəbərinə görə, Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin nəzarətindəki şəhər İŞİD-in iyirmi gündür davam edən hücumlarına davam gətirə bilməyib.

Qurban bayramının ilk günündən Kobani uğrunda YPG ilə küçə döyüşlərinə başlayan İŞİD bu gün şəhərdə öz bayrağını qaldırıb. Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, dörd nəfər yaralanıb.

Türkiyə hökuməti İŞİD təhlükəsinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib. Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru çevrilib.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed