22.12.2011 [16:25] - Xəbərlər
XII-XIX əsri əhatə edən məxfi sənədlərdə xristian missionerlərin Azərbaycanda nə vaxtdan fəaliyyət göstərməyə başladıqları da əksini tapıb
“Vatikanın məxfi arxivindən Azərbaycana gətirilən məktublarda və hesabatlarda hətta elə məlumatlar var ki, indiyə qədər Azərbaycan tarixində bununla bağlı heç nə deyilməyib. Sadəcə, hazırda bu, araşdırma mərhələsindədir. Ona görə də vaxtından əvvəl bu barədə nəsə demək olmaz”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli deyib.
F. Ələkbərli bildirib ki, məxfi arxivdən gətirilən məktubların əksəriyyətini papaların Azərbaycanı idarə edən sülalələrin hökmdarlarına göndərdiyi məktublar təşkil edir: “Cavab məktubları da var. Məktubların böyük əksəriyyəti Səfəvi hökmdarlarına göndərilən məktublardan ibarətdir. Düzdü, orada başqa Azərbaycan hökmdarlarına, Elxanilərə, Atabəylərə göndərilən məktublar da var. Amma böyük əksəriyyəti Səvəfilərə, Əfşarlara, Qacarlara göndərilən məktublardır. Səfəvi hökmdarlarına göndərilən məktubların arasında Şah Təhmasibə və Şah Abbasa göndərilən məktublar üstünlk təşkil edir. Bununla yanaşı, Şah İsmayıla, Şah Süleyman Səfəviyə, Şah Sultan Hüseyn Səfəviyə də məktublar var. Bu məktublarda siyasi məsələlər, mədəni əlaqələr, ikitərəfli sazişlər və s. müzakirə olunur”.
F. Ələkbərli bildirib ki, məxfi məktublarda Səfəvi-Osmanlı münasibətlərinə dair məlumatlar da var: “Səfəvilər Osmanlı dövləti ilə müharibədə olub. Şah İsmayıldan tutmuş Şah Abbasa qədər, hətta sonralar da Səfəvilər dövləti ilə Osmanlı imperiyası şiddətli müharibələr aparıb. Sözsüz ki, bu, müsəlman-türk dünyasının faciələrindən biridir. Amma bu, tarixi faktdır. Vatikandan gələn məxfi məktublarda elə məlumatlar var ki, o məlumatlar vasitəsilə tariximizi daha dərindən öyrənə bilərik. Bu məlumatların hamısı tərcümə olunmalıdır. Tərcümə prosesi müəyyən vaxt aparacaq. Artıq latın dilini bilən mütəxəssislər bu prosesə cəlb olunublar. Sənədlərin əksəriyyəti latın dilindədir. Bununla yanaşı, qədim italyan və fransız, ərəb-fars, qədim uyğur dillərində sənədlər də var. Qədim italyan və fransız dillərini bilən mütəxəssis bizdə azdır. Bu mütəxəssislərin də cəlb edilməsi yönündə işlər aparılır. Tərcümə işi kifayət qədər mürəkkəb proses olacaq. O dövrün dilini, tarixini, terminlərini dərindən bilmək lazımdır. Bu məktublarda eyhamlar, gizli mənalar var. Hər hansı sözü bir neçə variantda tərcümə etmək olar. Bununla da, mətnin mənası tamam dəyişə bilər. Buna görə tərcümə prosesinə məsuliyyətlə yanaşmaq lazımdır. Məktublar tərcümə olunandan sonra onların əsasında tarixi təhlillər aparıla bilər”.
Şöbə müdiri qeyd edib ki, məxfi məlumatlar üzərində tərcümə prosesinə artıq başlanıb: “Birbaşa bütün məktublar tərcümə olunmur. Onların arasından daha mühümləri seçilib. Tədqiqat materialı həddindən çoxdur. Məktublar müxtəlif sahələri, müxtəlif dövrləri əhatə etdiyi üçün bir mütəxəssisin bunların hamısını öyrənməsi çətindir. Əvvəl Səvəfilər dövrü və latın dilində olan sənədlər tərcümə olunacaq. Çünki bu dövrə aid həm material çoxdur, həm də onların arasında latın dilində sənədlər üstünlük təşkil edir. Səfəvilər dövrü Azərbaycan tarixinin mühüm mərhələlərindən biridir. Səfəvi dövləti yaranarkən türk Azərbaycan dövləti kimi yaranmışdı. Şah Abbasın dövründə fars elementləri güclənməyə başladı. Amma yenə də bu dövlət Azərbaycan-türk dövləti olaraq qalırdı. Səfəvilər dövləti Azərbaycan dövlətçiliyini şanlı tarixidir. Bunun üçün də Səfəvilər dövrünə, xüsusən də ilk Səfəvi şahlarına - Şah İsmayıla və Şah Təhmaibə aid materiallar bizim üçün həddən artıq vacibdir”.
F. Ələkbərli deyib ki, məxfi məlumatlara əsasən, məlum olub ki, missionerlər Azərbaycanda XII əsrdən etibarən fəaliyyət göstərməyə başlayıblar. Missionerlərlə yanaşı, Vatikanın nümayəndələri də Azərbaycanda xristianlar yaşayan bəzi ərazilərdə fəaliyyət göstəriblər. Onlar yerli xristian əhalisi ilə işləyib, dini yaymağa çalışıblar: “Bu məlumatlarda onlar Azərbaycan haqqında geniş bilgi veriblər. Azərbaycanın əhalisi, şəhərləri, ticarətin, iqtisadiyyatın inkişafı, kənd təsərrüfatı, ticarət yolları, hətta bazarlarda olan qiymətlər haqqında geniş məlumatlar yazıblar. Azərbaycanın hansı yerlərində hansı hakimlər, əmirlər hakimiyyətdədir, onların adları nədir - bu məlumatlar da hesabatlarda qeyd olunub. Bu məlumatların da tərcüməsi nəzərdə tutulur. Bu proses mərhələ-mərhələ həyata keçiriləcək. Hazırda həmin məlumatlar qeydə alınır və surətləri çıxarılır. Bütün bu materialların rəqəmli sürətləri olacaq”.
F. Ələkbərlinin sözlərinə görə, missioner hesabatları daha çox Səfəvilər dövrünə aiddir: “Bu hesabatlarda xeyli maraqlı materiallar var. Bunlar geniş hesabatlardır. Bəziləri 50-70 səhifəlikdir”.
Ümumilikdə, məxfi məlumatlar XII əsrdən, Elxanilərin dövründən XIX əsrə, Qacarların hakimiyyətin sonuna qədər olan dövrü əhatə edir. Bu məlumatların arasında XX əsrin əvvəllərində aid məktublar da var: “Onların arasında Azərbaycan Demokratik Respublikasının Türkiyədəki səfiri Yusif Vəzir Çəmənzəminlinin Vatikana məktubu və Vatikanın ona cavabı da maraqlıdır. ADR və Vatikan birgə İstanbulda Papa Benediktə heykəl qoymaq istəyib, bunun üçün müəyyən qədər pul da ayrılıbmış. Amma bu baş tutmayıb. Bir tərəfdən Türkiyədə sultan hakimiyyətinin süqutu və Türkiyə Respublikasının yaranması, digər tərəfdən ADR-in süqutu buna mane olub. Bu, 1919-cu ilə aid məktubdur”.
Məlumatlarda Vatikan kilsəsinin XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda apardığı missionerlik fəaliyyəti haqqında da məlumatlar var: “O dövrdə Vatikan Azərbaycandakı xristian əhalinin katolik məzhəbinə keçməsinə çalışırdı. Onlar təkcə Azərbaycanda yox, Ermənistan və Gürcüstanda da fəaliyyət göstərirdilər. Ermənistandan olan erməniləri katolik etməyə çalışırdılar, bu məqsədlə bir neçə katolik məktəb də açmışdılar. Belə məktəblər Azərbaycanın bir çox şəhərində, o cümlədən də Cənubi Azərbaycanda - Urmiyada, Təbrizdə də açılmışdı. Bu məktəblərdə həm xristian dinini qəbul etmiş müsəlmanlar, həm də ermənilər təhsil alırdı. Sonradan katolik məzhəbinin nüfuzu zəifləyəndən sonra onların bəziləri yenidən Qriqorian dininə qayıtdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində Vatikan tərəfindən Zaqafqaziyada bu fəaliyyətə müəyyən pullar ayrılırdı. Katolik məktəblərinin maliyyələşməsində Fransa hökumətinin də birbaşa payı vardı. Bunlar hamısı məxfi idi. Bu məlumatlar Azərbaycan tarixinin çox maraqlı məqamlarına aydınlıq gətirəcək. Sadəcə, bu məlumatları çox diqqətlə öyrənmək lazımdır”.
Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti bu il dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilkdə 1000 səhifə həcmindədir.

Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |