Şrift:
Poroşenko və Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər
07.10.2014 [10:47] - Gündəm, Siyasət
Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniyanın kansleri Anqela Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, telefon danışığı zamanı Poroşenko bildirib ki, Almaniyaya məxsus 112 yük maşınından ibarət humanitar yardım karvanı artıq Ukrayna sərhədini keçərək Kiyevə istiqamət götürüb.

Poroşenko və Merkel qeyd ediblər ki, qondarma Donetsk və Luqansk respublikalarında noyabra təyin olunan seçkilər atəşkəs şəraitində və Ukrayna qanunvericiliyinə uyğun şəkildə keçirilməlidirlər.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed