Şrift:
“Sərhədsiz Türk dünyası” layihəsinin təqdimatı keçirilib
22.12.2011 [17:17] - Türk dünyası-Turan
UNESCO və BMT-nin Baş Assambleyasının 2010-cu ili “Mədəniyyətlərin yaxınlaşması ili” elan etməsi çərçivəsində, fəlsəfə doktoru Sevinc Bağırovanın təşəbbüsü əsasında həyata keçirilən “Sərhədsiz türk” layihəsinin təqdimatı olub. layihənin ideyası öncə bir-birinə yaxın mədəniyyətlərin ümumi xüsusiyyətlərini ortaya çıxartmaq və çağdaş şərhini verməkdir. Tədbirdə Sevinc Bağırovanın təşəbbüsü ilə Azərbaycanda “Yallı” adı ilə məşhur olan, “YOLA” rəqsi ilə bağlı modern interpretasiyada hazırlanan albomun təqdimatı olub. Tədbirdə bu addımın türkdilli ölkələrin birliyinə aparan yolda önəmli töhfə ola biləcəyi qeyd olunub.
Bildirilib ki, albomun realizə olunması 6 ölkədə - İsveçrə, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, ABŞ-da həyata keçirilib. Albomun rəsmi təqdimatında iştirak edən millət vəkili Qənirə Paşayeva, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, professor Şəfiqə Məmmədova, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, yazıçı Çingiz Abdullayev, Ombudsman Elmira Süleymanova, habelə Qazaxıstan, Norveç səfirləri, Türkiyənin və başqa dövlətlərin diplomatik nümayəndəliklərinin təmsilçiləri, ölkənin məşhur elm, mədəniyyət, ictimai xadimləri öz nitqlərində yeni albomu və proyekti yüksək qiymətləndirdilər, müəllifi S. Bağırovanın gördüyü işlərə diqqət çəkərək, ona uğurlar arzulayıblar.
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed