Şrift:
Ukrayna prezidenti: Sərhədlərimiz dəyişməyəcək
08.10.2014 [12:56] - Siyasət
“Ukrayna dövlət sərhədini dəyişməyəcək. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

"Dövlətin sərhədi beynəlxalq razılaşmalara uyğundur və dünya birliyi tərəfindən tanınır. Dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı hər hansı məsələ müzakirə mövzusu ola bilməz”, - deyə o vurğulayıb.

Ukrayna prezidenti bildirib ki, məsələ ilə əlaqədar deyilənlər sadəcə siyasi fərziyyədir. O qeyd edib ki, “bufer zonası”nda separatçı qrupların fəaliyyətinə mane olmaq üçün xüsusi müdafiə xəttinin yaradılması yeni dövlət sərhədi demək deyil.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed