08.10.2014 [13:07] - İdman
“Neftçi”nin futbolçusu Nikolas Kanalesin apasport.az saytına müsahibəsi
- “Neftçi”yə geri döndükdən sonra sanki “Qara zolağ”a düşmüşdünüz, qol vura bilmirdiniz. "Qaradağ Lökbatan"a 4:1 hesabı ilə qalib gəldiyiniz yoxlama matçında dubl etdiniz. Artıq işlərin qaydasına düşdüyünü düşünmək olarmı?
- Özümə inamı geri qaytarmaq üçün bu qollar çox lazım və vacib idi. Bundan sonra hər şeyin qaydasına düşəcəyinə inanıram.
- Oyunda dubl etsəniz də, penaltini qola çevirə bilmədiniz. 11 metrlik zərbəni vurmağa hazır deyildiniz?
- Penltini yaxşı vurmuşdum. Həmin epizodda qapıçının daha yaxşı oynadığını düşünürəm.
- Çempionat oyunlarında qol vura bilməməyinizi nə ilə əlaqələndirirsiniz?
- Komanda indi fərqli şəkildə oynayır. Oyun sistemində çox dəyişiklik baş verib. Taktiki baxımdan baş məşqçi bu dəfə fərqli oyuna üstünlük verir.
- Sizin üçün hücumda Ernest Nforla birgə çıxış etmək rahatdır, yoxsa tək oynamaq?
- Elə də ciddi fərq görmürəm. Əsas odur ki, ikinci hücumçu və ya bir qədər arxada qərarlaşanlar mənə kömək eləsinlər ki, çox qol vurum. Hücumda neçə nəfərlə oynamağımızın fərqi yoxdur.
- Əvvəlki kimi çıxış edə bilməməyinizin səbəbi dediyiniz dəyişikliklərlə bağlıdır, yoxsa komandaya hələ tam uyğunlaşa bilməməyinizlə?
- Əvvəllər oyun ərzində 10-dan artıq qol epizodu yaradırdıq. İndi bunu edə bilmirik. Əvvəlki kimi, böyük komanda kimi oynamalıyıq.
- Azarkeşlər bombardir Kanalesi yenə görə biləcəklərmi? Bunun üçün nə qədər zaman lazımdır?
- Mən münəccim deyiləm, ona görə də konkret bir söz deyə bilmərəm. Çox işləmək lazımdır. Tezliklə hər şey qaydasına düşəcəyinə inanıram. “Neftçi” böyük komandadı.
- Azərbaycana geri döndükdən sonra əvvəlki illərlə müqayisə apardınızmı? Nə dəyişib?
- İldən ilə çempionatınız güclənir. Səviyyə artıb. Komandaların avrokuboklardakı çıxışları da bunu göstərir. “Neftçi”dən sonra “Qarabağ” da Avropa Luqasının qrup mərhələsinə vəsiqə qazandı. Bütün bunlar isə ölkə futbolunun inkişafının göstəricisidir.

Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |