Şrift:
“Ermənilər Şərqi Anadoluda türklərə qarşı soyqırımı törədəndə Fransadan dəstək alıb”
23.12.2011 [11:59] - Xəbərlər
“Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyanın uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi təəccüblü deyil və mən bir tarixçi olaraq bunu gözləyirdim”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, əslində Fransa ATƏT-in Minsk Qrupunun təmsilçisi kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək etməli idi: “Lakin biz buna inanmırdıq, indi də inanmırıq. Bu qərar isə Fransanın ermənipərəst mövqeyini bir daha ortaya qoydu”.

Y.Mahmudov Fransanın özünün soyqırımı həyata keçirən dövlət olduğunu vurğulayıb: “İnsan ləyaqətini pozmaq baxımından Fransanın çox qara bir tarixi var və bu gün parlament onu rəsmi səviyyədə bir daha təkrarladı. Əlcəzairdə soyqırımı törədən Fransa soyqırımla bağlı faktların açıqlanmasını istəməzdi və bu qərar əslində o soyqırımı pərdələmək cəhdidir. Bilirsiniz ki, Fransa əhalisinin əksəriyyəti Afrika mənşəli bir neçə nəsildən sonra törəyən gənclərdir. Amma ölkədə iqrçilik və faşizm o həddə çatıb ki, indi bu gənclərin də tarixi araşdırılır. Onlara inamsızlıq, onları sıxışdırmaq halları ortaya çıxıb”.

Tarixçi alim qeyd edib ki, heç bir “erməni soyqırımı”ndan söhbət gedə bilməz: “Birinci Dünya müharibəsi dövründə Osmanı dövləti ərazisində yaşayan erməni quldurlarının türklərə qarşı soyqırımı törətməsi tarixi faktdır. Ermənilər Şərqi Anadoluda bu soyqırımı törədəndə xaricdən, xüsusən də Fransadan dəstək alıb, o soyqırımı bilikdə törədiblər. Fransa parlamentinin deputatları bilsinlər ki, bu qərar adekvat reaksiya doğuracaq. Türkiyə, Azərbaycan və Afrika ölkələri Fransanın törətdiyi tarixi cinayətləri ən yüksək tribunalarda qaldıracaq. O zaman tarix boyu irqi və dini ayrı-seçkilik siyasəti yürüdən Fransa bunlara görə cavab verməli olacaq”.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed