Şrift:
PKK yenə Türkiyədə qan saldı: 15 ölü
09.10.2014 [10:58] - Gündəm, Hadisə
İŞİD (İraq və Şam İslam Dövləti) hücumlarına etiraz etmək üçün dünən Türkiyədə başlayan aksiya bir çox şəhərdə bu gün də davam edir.
Muşun Varto rayonunda 1 nəfər, Siirt rayonunda 2 nəfər, Diyarbəkirdə 8, Batmanda 1, Mardində isə 3 nəfər olmaqla ümumilikdə 15 nəfər ölüb.

Qızıl Aypara təşkilatına aid avtomobillər və başqa onlarla maşın yandırılıb.

İstanbul Polis İdarəsi həyəcan vəziyyətinə keçib, bütün icazələr təxirə salınıb. Qurban bayramı tətili üçün rayondan kənara çıxanlara isə təcili dönüş göstərişi verilib.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində PKK tərəfdarlarının törətdiyi qanlı toqquşmalarda 10 nəfər həyatını itirib.

Öldürülənlər PKK-çılar tərəfindən binaların damlarından atılıb.

Bu arada, PKK-çılar Adanada da polis idarəsinə molotov kokteli ilə hücum çəkiblər. Basqınçılar polisin müdaxiləsindən sonra, ərazidən qovulublar.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed