Şrift:
Qazaxıstan Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni təsdiqlədi
10.10.2014 [10:57] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstan parlamenti Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni təsdiq edib.
Medianin yaydığı məlumata görə, Avrasiya İqtisadi İttifaqına dair müqavilənin təsdiq edilməsi haqqında qanun imzalanmaq üçün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə göndərilib.
Müqavilənin qüvvəyə minməsi daxili ticarət-iqtisadi və kooperasiya əlaqələrinin inkişafına şərait yaradacaq, milli məhsulların rəqabət qabiliyyətini artıracaq və dünya təsərrüfat sistemində birlik ölkələrinin rolunu gücləndirəcək.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni oktyabrın 3-də imzalayıb.
Bu xəbər oxucular tərəfindən 925 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed