10.10.2014 [11:03] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmi məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-sentyabr aylarında 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənməsini təmin edib. Həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
Oktyabrın 10-da “Media forum” saytına göndərilən açıqlamada qeyd olunur ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz azalıb.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |