Şrift:
Türkiyədə Azərbaycan mənşəli şairin yeni kitabı çapdan çıxıb
10.10.2014 [12:01] - Türk dünyası-Turan, Mədəniyyət
Ankarada Azərbaycan mənşəli şair Tuncər Kırhanın “Bu kaçıncı sen” adlı şeir kitabı çapdan çıxıb. Kitabda şairin 40 illik poetik yaradıcılığının önəmli nümunələri toplanıb.

T. Kırhan APA-ya açıqlamasında deyib ki, kitabında Bakıdan üzü bəri Qarsda, Ankarada, İstanbulda yaşadığı ən gözəl duyğuları poeziya diliylə oxucuya çatdırıb: “Azərbaycan mənim üçün Türkiyə qədər doğmadır. İlk dəfə 1991-ci ildə Bakıda olanda yaşadığım həyəcanı şeirlərimdə ifadə etdim. O vaxt “Qobustan” dərgisində şeirlərim çap edildi. Bakıdakı dostlarla söhbətlərimdən sonra hiss etdim ki, Araz çayı bölünmüş türk dünyasının nisgil simvolu olaraq mənim şeirlərimdə əsas yerlərdən birini tutacaq. Kitabımda şeir diliylə yazılmış məktublar da önəmlidir. Oxucuların o məktublara yaxından diqqət göstərəcəyinə inanıram. Türkiyədə gənclik şeir oxumağa öyrəşməldir. Bu işdə nəşriyyatlarımız fəallaşmalı və şairlərin kitablarını daha istəklə çap etməlidirlər”.

Qeyd edək ki, 1948-ci ildə Qarsda anadan olan şair Tuncər Kırhan Alparslan Liseyini və Qazi Universiteti incəsənət fakültəsini bitirib. 1970-ci illərin əvvəllərində Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə qoşulan Tuncər Kırhan dövlətin müxtəlif qurumlarında yüksək vəzifələrdə çalışdıqdan sonra təqaüdə çıxıb. Türkiyənin önəmli rəssamları arasında da yer alan T. Kırhan başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Azərbaycanın bəzi siyasi xadimlərinin portretlərini çəkib. T. Kırhan hazırda Türkiyənin “Qafqaz” Xəbər Agentliyinin şərhçisidir.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed