10.10.2014 [12:53] - Gündəm, Siyasət
Bu gün MDB Dövlət Başçıları Şurasının Minskdə keçiriləcək iclasında birliyin sonrakı inkişafına dair 17 sənəd layihəsi nəzərdən keçiriləcək.
MDB İcraiyyə Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, iclasda 2015-2019-cu illərdə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı əməkdaşlıq proqramının müzakirəsi gözlənilir.
Humanitar sahədə əməkdaşlığın dərinləşməsi və sərhəd xidmətlərinin çevikliyinin artırılması üçün mütəxəssislər qrupunun yaradılması haqda sənədlərin müzakirəsi də gündəlikdə yer alır. Bundan əlavə, II Dünya müharibəsində SSRİ-nin qələbəsinin 70-ci ildönümü münasibətilə dövlət başçılarının MDB xalqlarına birgə müraciəti nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |