10.10.2014 [15:09] - Mədəniyyət, Qərbi Azərbaycan-İrəvan
Ulu Göyçənin mənəvi ensiklopediyasını yaradan, görkəmli şair və Əməkdar jurnalist Eldar İsmayılın “Nurlan” nəşriyyatında 2011-ci ildə çap olunan 38-ci əsəri- “Ulu Göyçə, de yatanlar ayılsın” kitabını bir daha nəzərdən keçirdim. Bu əsər haqqında ədəbi aləmdə tanınmış alim və ziyalılar, qələm adamları dəyərli münasibətlər bildirmişlər. Görkəmli şair Eldar İsmayıl bədii xitab formasında təqdim etdiyi bu əsər iki hissədən ibarətdir; I bölüm 297 beş misralı bənddən, II bölüm yenə də 89 beş misralı bənddən ibarətdir.
Bu şeriyyət toplumunun əvvəlində Göyçənin tarixi Dədə Qorqud dövründən üzü bəri bir bədii başlanğıcla verilir və Türk ellərinin gözəl günləri xatırlanır:
1. Ulu Göyçə, bir qopuzun tufanı,
Çənlibeldən qovub tökər dumanı...
Səndə yaşar Dədəm Qorqud gümanı,
Bu uğurun xeyir olsun, şad olsun;
Dünya boyda bu ad sənə ad olsun!
Bəli, Göyçə adlı bir Türk elinin şanlı tarixi olmuş, igidlər qılınc qurşayıb at belində köyləri, yaylaqları, dağları gəzmişlər; yurda göz dikən şərniyyətlilərin qarşısında keçilməz sipər olmuşlar. Dədə Qorqud demişkən: ”Oğuz ellərinin gözəl günləri” varmış...Şairin xatırlatdığı həmin dövrdəki “Ad-san”, yenilməzlik, mərdlik-mərdanəlik zamanıdır. Bu beş misrada keşmiş tariximizin şərəfi səhifəsi əks olunur. “Qopuz tufanı” Qopz fəlsəfəsi ilə anlaşılır: Qopuz səsi-sədası, ozan şeir təxəyyülü, bədii təfəkkürü də idrakın hansı mərhələsində olduğunu bütün dünya bilir...
Şeir bəndlərini oxuyarkən istər-istəməz altıncı bənddə yaralı bir tariximiz oxucunu düşüncələrə qərq edir:
6. Ulu Göyçə, Heydər baba handadı,
Məhəbbəti, sədaqəti candadı,
Bu həsrətin giziltisi qandadı...
Ayrılığın fərağından dad elə!
Gəl bu yerdə Şəhriyarı yad elə!
“Ulu Göyçə” məzmununa görə mənəvi xatirələrin bədii toplusudur. Burada elə incə lövhələr var ki, insan həyatının ən kövrək məqamlarını canlandırır, babaların öyüd-nəsihətli nağılları, söhbətləri xatırlanır. Nəql olunan dastanlarda igidliyinə həsəd apardığımız qəhrəmanlar göz önündə dayanır, sazlı-sözlü günlər yada düşür:
14. Uşaq idim gözlərimdə min sual.
Neçə dastan dinləyərdim dalbadal,
Nağıl vaxtı salmaz idim qalmaqal,
Qış gəlincə kürsü alta dolardıq!
Sazdan-sözdən yaman ləzzət alardıq!
Bəndlərdə işlədilən misraların hərəsi geniş bir mövzunu əhatə etməklə əsas məntiqi çox çevik çatdırır; necə deyərlər, uzun yolu qısa edib, fikir yolçusunu mənzilə tez çatdırır. Göyçə mahalında uşaqdan- böyüyə qış aylarında kursü qırağında əyləşib babaların, nənələrin bəlağətli, ibarəli söhbətlərinə qulaq asmaq ümumi bir qayda idi. Bu çox şirin bir sosial həyat tərzi, mənvi münasibət forması gəncləri mərdliyə, elm öyrənməyə, mübarizliyə yönəldirdi. Kiçiklər böyüklərdən danışmaq, söhbətdə hikməti önəmləmək öyrənirdi... Valideynlər uşaqlardan kitab oxumağı, dərslərə mükəmməl hazırlaşmağı kəskin tələb edirdilər. Hər kəsin ümdə arzusu böyüyüb ali təhsil almaqdan ibarət olmuşdu...
“Ulu Göyçə” xatirələr dastanı olmaqla zəngin mənəvi təfəkkür və təxəyülə malikdir. Bəndlərdə Göyçənin ümumi coğrafiyası bədii lövhələrlə təqdim olunur: Göyçə hidronimləri, toponimlərinin çoxu misralarda nəzmə çəkilir, tarix kimi yaddaşlarda sənədləşdirilir.
Nümunə:
90. Ulu Göyçə, “Hacı Söyün bulağı”,
“Pirin döşü”, “Bozalğanlı yaylağı”,
“Baldırğanlı” yayda qarın yatağı...
Bu yerlərdən kimlər gəlib, kim keçdi?!
Kim ad alıb, kimlər qalıb, kim köçdü!
91. Ulu Göyçə, sənsiz bir gün yox tabım,
“Ağsu” nəğməm, “Qorqud qaya” kitabım...
“Dəlik daş” dır mənim haqqım-hesabım,
Qəbilələr burda yuva salıbdı!
Babalardan görün nələr qalıbdı?!
Bu yazıda önəmli olan başqa bir məqamı da qeyd etmək estəyirəm. “Ulu Göyçə” xatirələr toplusunun bədii lövhələrindəki zəngin təəssüratlarda Göyçə mahalının sosial həyatında tarixlər boyu davam edın xalq təbabəti də nəzər-diqqəti cəlb edir:
93. Ulu Göyçə, bir gün düşdüm borana,
Xəstələndim, meyl elədim dərmana,
Məcid atdı dərmanları bir yana,
Qantəpərin çiçəyini dəmlədi...
Azarımı candan kənar eylədi!
“Ulu Göyçə” bədii xatirələr toplusunda qədim Türk eli Göyçə mahalının tarixi, coğrafi və ictimai-sosial həyatı bütünlükdə zənginliklə əks olunmuşdur. Gənc nəsl bu əsərə müraciət edərkən sanki o yerlərdə yaşamış olur, Türk eli Göyçə mahalının dağlarında gəzib, saf bulaqlarından içib sazın-sözün hikmətində dünya gözəlliklərini anlamış olur. 386 beşmisralı bədii xatirələr toplumunda Eldar İmayıl Göyçə mahalının mənəvi obrazını yaradaraq dahiyanə bir məqama yüksəlmişdir...
Əsərin sonunda Göyçə toponimləri, hidronimləri, etnonimləri, hadisələr haqqında verilən izahlar(izahlı lüğət) tarix və bədii ədəbiyyatımız üçün ən qiymətli mənəvi sərvətdir. Bu yazını yazarkən hörmətli oxuculara bir daha “Ulu Göyçə, de, yatanlar ayılsın” kitabını oxumağı xatırlatdım...
Hazırladı: Niftalı Göyçəli

Bu xəbər oxucular tərəfindən 1731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |