Şrift:
PKK terrorçuları ilə türk polisi arasında qanlı toqquşma!
11.10.2014 [10:55] - Gündəm, Hadisə
Türkiyənin Bingöl şəhərində polislərə silahlı hücum edən PKK terrorçuları öldürülüb. Türkiyə mediasına istinadən xəbər verir ki, polis Genç mahalındakı Murat çayı körpüsündə terrorçuları tələyə salıblar. Bingöldən Diyarbəkir istiqamətində hərəkət edən terrorçularla polislər arasında baş verən atışmada 5 yaraqlı öldürülüb. Pkk terror təşkilatının üzvləri oktyabrın 9-da ərazini yoxlamağa çıxan Bingöl polis idarəsinin rəisi Atalay Ürkək, müavinləri Arif Şahin və Hüseyn Hatipoğlunun içərisində olduğu avtomobili iri çaplı silahlardan atəşə tutublar. Nəticədə polis rəisi ağır yaralanıb, müavinlər isə yerindəcə keçiniblər. Son xəbərlərə görə, Bingöldə daha 5 polis əməkdaşı öldürülüb. Belə ki, polis bir avtomobili saxlamaq istəyən zaman onlara qəfildən atəş açılıb. Bingöl təhlükəsizlik idarəsinə planlaşdırılımış hücumun ardından rəsmi Ankarada həyəcan təbili çalıb.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed