Şrift:
Azərbaycan və Serbiya Yazıçılar birlikləri arasında əməkdaşlıq Memorandumu imzalanıb
11.10.2014 [11:28] - Mədəniyyət
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfdən Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu, Serbiyadan isə Yazıçılar Birliyinin katibi Branislav Velkoviç imzalayıb.

Səlim Babullaoğlu qeyd edib ki, imzalanan memorandum hər iki xalqın ədəbiyyatlarının qarşılıqlı tərcüməsini, klassik irsi və ya müasir ədəbi prosesi təmsil edən müəlliflərin ayrı-ayrı kitablarını, habelə tematik antologiyaları və ya xüsusi buraxılışların nəşrini, eyni zamanda bu işdə peşəkar əməkdaşlığı - görüşlərin, yaradıcılıq emalatxanalarının keçirilməsini, mühazirələrin təşkilini nəzərdə tutur. Tərəflər 2014-2016-cı illər arasında hər bir xalqın ədəbiyyatlarına aid ən azı üç nəşri gerçəkləşdirməyi planlaşdırır və bu istiqamətdə görüləcək hər işi konkret layihə və müqavilələrlə dəqiqləşdirməyi öz öhdəsinə götürür.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed