23.12.2011 [12:13] - Gündəm
İsrail hökuməti Türkiyə Hərbi Hava Qüvvələri üçün kəşfiyyat sistemləri satmaqdan imtina edib. İki ölkə arasında imzalanmış müqavilənin həcmi 140 milyon dollar təşkil edib. Kəşfiyyat sistemləri Türkiyə tərəfinə yaxın aylar ərzində verilməli idi. İsrail mənbələri müqavilənin siyasi səbəblərdən dayandırıldığını bildirir. İsrail Müdafiə Nazirliyi isə müqavilənin dayandırılmasını Türkiyəyə satılacaq sistemlərdən birinin İsrail müdafiə kompleksinin ən yüksək texnologiyalı nümunələrindən biri olması ilə əsaslandırıb. İsrail şirkətləri müqavilənin yenidən bərpa olunması üçün Müdafiə Nazirliyi ilə danışıqlara başlayıblar. Bu addım İsrail şirkətlərə ciddi maddi ziyan vurub, bundan başqa Türkiyə məhkəməyə müraciət edərək müqavilənin şərtlərinin yerinə yetirilməməsi səbəbilə təzminat tələb etmək hüququna malikdir.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |