Şrift:
Jurnalisti təhdid edən *Furkan Azeri* araşdırılacaq
12.10.2014 [20:38] - Xəbərlər, Hüquq
Bizim media mənsublarına Furkan Azeri adlı profil yaxşı tanışdı. Bu adam və onun həmkarları ilə mənim də tanışlığım yalnız virtual olub. Bir neçə dəfə jurnalist kimi fikir mübadiləsi də aparmışıq.

Dediyinə görə, əslən Azərbaycandandır. Türkiyənin tanınmış media orqanı olan ”Taym Türk”də ("Time Turk") çalışır. Bu imza ilə deyilən saytda yazıların getməsi də faktdır. Ancaq ən maraqlısı budur ki, Furkan Azeri adlı jurnalist bizim aparıcı media vasitələri tərəfindən Suriyada döyüşən azərilərin sözçüsü kimi təqdim edilirdi. Halbuki nə həmin adamın sifətini görən olub, nə də realda əsl adının nə olduğunu bilən var”.

Axar.az xəbər verir ki, bu sətirləri "Bakı-xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli Feysbuk səhifəsində yazıb. O, yazdıqlarını "Furkan Azeri”nin səhifəsinə də nişan edərək bu şəxslə bağlı araşdırma apardığını qeyd edib.

Jurnalist yazıb ki, Furkan ən prinsipial məsələlərlə bağlı münasibətlər bildirməkdə davam edir:

"Bu ciddi fakt diqqətimi çəkdi və bu yöndə araşdırma aparıb iki yazı yazdım. Tam haqlı olaraq bu məsələdə Azərbaycan mətbuatını qınadım ki, kimliyi tam bəlli olmayan bir adama belə geniş tribunanın verilməsi və onu soydaşlarımız olan terrorçuların sözçüsü kimi təqdim edilməsinin özündə cinayət tərkibi var.

Həmin yazılarda Furkandan tam üzə çıxmasını tələb etmişdim və qeyd etmişdim ki, terrorizmlə jurnalistika tamam fərqli sahələrdi. Sözügedən yazılar Furkan və onun dostları tərəfindən oxunaraq, ətraflı şəkildə incələdikdən sonra üstümə Feysbukda hücumlar təşkil edildi, müxtəlif növ təhqirlərə məruz qaldım. Təbii ki, lazım olan cavablarını da aldılar”.

M.Qəribli bildirib ki, əlaqədar qurumlara müraciət edəcək: "Bu məsələni təsadüfən xatırlamadım. Bu gün Furkanın hansısa PKK-çı bir general tərəfindən hədələndiyi ilə bağlı xəbər oxuduğum səbəbindən o, yenidən yadıma düşdü. Bir müddət əvvəl isə Furkan ürəyini boşaldaraq yarı hədə, yarı tələb tonunda mənə bir məktub yazmışdı. Onu şərlədiyimi və buna görə Allah qarşısında cavab verəcəyimi qeyd etmişdi.

Furkan, indi sənə sual edirəm: Sabah kimsə Azərbaycanda sənin davranışına uyğun olaraq, özünə bir gizli ad götürüb jurnalist olduğunu iddia etsə, eyni zamanda, PKK-nın sözçüsü kimi məsələlərə burdan münasibət bildirsə, bu, sənin diqqətini cəlb etməzmi? Artıq sənin də realda kim olmağının araşdırılması ilə bağlı mən də əlaqədar qurumlar qarşısında məsələ qaldıracam”.
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed