Şrift:
Azərbaycanda mobil rabitə xidmətləri ucuzlaşdırılır
23.12.2011 [12:20] - Gündəm
Ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda fəaliyyət göstərən mobil operatorlara öz aralarında telefon danışıqlarının qiymətinin 1 dəqiqəyə görə 2 qəpik olmasını təklif edib və bu qərar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, mobil operatorlar arasında müvafiq müqavilələr var ki, onlar digər qiymətləri də təyin edə bilir: “Hazırda bu məsələ operatorlar arasında həll olunur. Onlar razılığa gələ bilməsələr və ya hər hansı mübahisə yaranarsa, qərara əsasən, o tarif tətbiq olunacaq”.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed