Şrift:
Miqrasiya orqanlarına qulluğa qəbul olmaq üçün keçirilən imtahanda 63 nəfər uğur qazanıb
13.10.2014 [10:57] - Sosial
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 329 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 309 nəfəri imtahanda iştirak edib, 20 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələri saat 15:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 63 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasından imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed