13.10.2014 [11:14] - Siyasət
Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına “DQR”siz qəbulun siyasi nəticələri Ermənistan üçün gözlənildiyindən də ağır olacaq
APA-Analitika. “Dağlıq Qarabağla sərhəddə heç bir gömrük məntəqəsinin yaradılmasından söhbət gedə bilməz”, “Biz Dağlıq Qarabağda olan maraqlarımızı heç nəyə qurban vermərik” kimi bəyanatlarla şou göstərən Ermənistan rəhbərliyi sakitcə Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına daxil olmağın şərtlərini qəbul etdi. O şərtlərdən Azərbaycan üçün ən anlamlısı Ermənistanın bu ittifaqa “DQR”siz qəbulu və İrəvanın “DQR”lə sərhəddə gömrük məntəqələri yaratmağa məhkum edilməsidir. Bu faktorlar həm də Azərbaycanın xarici siyasətinin 2014-cü ildə ən böyük uğurlarından sayıla bilər. Çünki Ermənistanın düşdüyü bu məcburi durum həm də Azərbaycanın bütün dövlətlərlə münasibətləri ikitərəfli formatda inkişaf etdirmək kimi uğurlu seçilmiş xarici siyasi kursunun nəticəsidir.
Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qəbulun Ermənistan üçün hansı ağır iqtisadi şərtlər diktə etdiyi başqa bir söhbətin mövzusudur. İttifaqa Dağlıq Qarabağsız qəbul Ermənistan üçün siyasi şillədir, çünki İrəvan faktiki olaraq Gömrük İttifaqına daxil olmaq üçün “DQR”lə sərhəddə gömrük məntəqələri yaratmağa məhkum edilib. Bu addımın siyasi çəkisi İrəvan üçün göründüyündən də ağır olacaq. Çünki;
Ermənistan Gömrük İttifaqına beynəlxalq çərçivədə tanınmış sərhədləri daxilində qəbul edilir. Bu o deməkdir ki, ittifaqın üzvləri növbəti dəfə Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanımırlar.
Gömrük İttifaqının üzvləri həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın müttəfiqləridir. Ermənistanın Dağlıq Qarabağa olan iddialarının ittifaq tərəfindən de-fakto və de-yure rədd edilməsi İrəvanın indiyədək təbliğat kampaniyasında istifadə etdiyi bir kartı vurmuş olur. Ermənistan hər zaman “Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayarsa, KTMT təhlükəsizliyimiz üçün təhdidləri aradan qaldırmağa kömək edəcək” kimi ucuz təbliğat tezisindən istifadə edib. Lakin Ermənistanın Gömrük İttifaqına qəbul şərtləri bu tezisin də üzərindən xətt çəkmiş olur. Əgər “DQR” Ermənistan ərazisi kimi tanınmırsa, İrəvandan bu ərazilərlə sərhəddə gömrük məntəqələri yaratmaq tələb olunursa, onda beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması Ermənistanın təhlükəsizliyinə hansı təhdid formalaşdıra bilər? Ermənistan bunun əksini sübut etməyə çalışmaqla özünün işğalçı olduğunu etiraf etməli olacaq.
Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqələri yaradılarsa, Moskva İrəvana qarşı əlavə təzyiq forması əldə edəcək. Yəni, Kreml Ermənistanın qondarma “DQR”lə ticarət və maliyyə əməliyyatlarına bir müddət göz yumacaq, lakin İrəvan ona cızılmış xətdən kənara çıxarsa, Rusiya dərhal həmin gömrük məntəqələrinin fəaliyyətinə nəzarət məsələsini gündəmə gətirə bilər.
Ermənistanın düşdüyü bu ağır siyasi durum havadan yaranmayıb, bu durum iki xarici siyasət faktorunun təsiri nəticəsində meydana çıxıb. Bu faktorlar Ermənistanın müstəqil xarici siyasət yürütmək imkanından məhrum olmasının və Azərbaycanın yürütdüyü ARDICIL xarici siyasət kursunun nəticəsi kimi formalaşıb. Ermənistanın Gömrük İttifaqına “DQR”siz qəbulu, “DQR” üzərində iddialardan faktiki imtinaya gətirib çıxaran şərait rəsmi Bakının Qazaxıstan, Belarus, elə Rusiyanın özü ilə qarşılıqlı maraqlara əsaslanan siyasətin yekunudur. Azərbaycan Gömrük İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirməklə günün şərtlərini lehinə çevirməyi bacarıb.
Gömrük İttifaqının timsalında günümüzün şərtləri bir məsələni diktə edir – bu ittifaq son məqsədindən asılı olmayaraq bir inteqrasiya layihəsidir. Öz maraqlarının bir hissəsini ümumi maraqlara güzəştə gedən Qazaxıstan və Belarus layihənin qüsursuz reallaşmasında maraqlıdır. Bu səbəbdən hansısa dezinteqrasiya faktoru Gömrük İttifaqının gələcək taleyini (həm də ittifaqın yaradılması təşəbbüskarlarının beynəlxalq aləmdə və postsovet məkanında nüfuzunu) zərbə altına qoya bilər. Gömrük İttifaqı həm də digər hərbi və siyasi bloklardan fərqli olaraq praktik ittifaqdır, burada hansısa uğursuzluq iştirakçı dövlətlərə siyasi deyil, iqtisadi baxımdan ağır zərbə vurmuş olacaq. Qazaxıstan və Belarus bu səbəbdən Gömrük İttifaqının işlək mexanizmini pozacaq dezinteqrasiya amillərini aradan qaldırmağın vacibliyini önə çəkirlər. Ermənistan isə postsovet məkanında həmişə dezinteqrasiya faktoru kimi qəbul olunub, MDB, KTMT və digər inteqrasiya formalarının istənilən nəticə verməməsinin tək səbəbi Ermənistanın bu formatlara uyğun gəlməməsi, buna rəğmən satellit, yaxud forpost “dövlət” kimi həmin formatlarda yer almasıdır.
Ermənistanın Gömrük İttifaqına üzv qəbul olunması aysberqin görünən tərəfidir. Buz dağının görünməyən hissəsində İttifaqın diktə etdiyi şərtlərdən qaynaqlanan sürətli bahalaşma, əhalinin sosial durumunun ağırlaşması, miqrasiya prosesinin sürətlənməsi kimi amillər yer alır. Bu amillərin Ermənistanda onsuz da kövrək olan stabilliyi pozacağı şəksizdir. Ermənistan müxalifətinin kütləvi aksiyaları davamlı hala gətirməsi üçün bütün şərtlər artıq formalaşmaqdadır. Təkcə yanvarın 1-dən xaricdən idxal olunan 1000-dən artıq gündəlik tələbat məhsullarının qiymətinin bir neçə dəfə bahalaşması Ermənistan siyasətində Spitak zəlzələsindən də dəhşətli effekt yarada bilər.
Ermənistanın Gömrük İttifaqına qəbulu ətrafında baş verən proseslər siyasi nəzəriyyələrin tətbiqi və öyrənilməsi baxımından da maraq kəsb edir. Hər şeyə rəğmən maraqları maksimum balanslaşdırmaqla, bəzən güzəştə getmək bahasına olsa belə, müstəqil və ardıcıl xarici siyasət kursu yürütməyin yekunda istənilən nəticəyə gətirib çıxaracağını Azərbaycanın timsalında görmək mümkündür. Yaxud, nəzəriyyəçilər son prosesləri tədqiq etməklə ARDICIL VƏ MÜSTƏQİL OLMAYAN xarici siyasət kursunun dövlətin müstəqilliyinin necə itirməsinə gətirib çıxardığını Ermənistanın timsalında öyrənə bilərlər.

Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |