Şrift:
Qarabağın yeni transferi: Bakını internetdə tapdım
13.10.2014 [12:23] - Hərb
Ağdam təmsilçisinin yeni transferi İnnosent Emeghara danışıb
"Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Adi məlumatım da yox idi. Amma təklif gələndə o dəqiqə "yox-yox" da demədim".

ANS PRESS-in məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi İnnosent Emeghara deyib.

"Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldi. Sonra da komandayla maraqlandım. Gözlədiyimdən də uğurlu komanda olduğunu bildim "Qarabağ"ın. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldı. Karyeram üçün əsas odu ki, "Qarabağ" öz ölkəsində də iddialıdı və mənim də titul qazanmaq imkanım var", - deyə futbolçu bildirib.

Qeyd edək ki, "Qarabağ"ın yeni transferi 2006–2009 "Zürih" II, 2009–2010 "Winterthur", 2010–2011 "Grasshoppers",
2011–2013 "Lorient", 2013–2014 "Siena" və 2013–2014 "Livorno"da forma geyinib.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed