14.10.2014 [10:57] - Gündəm, Hərb
İslam Dövlətinə (İŞİD terrorçuları) qarşı kampaniyasında Türkiyə ABŞ-a (Amerika Birləşmiş Ştatları) onun hərbi bazalarından istifadə etməyə icazə verməyə razılaşıb, ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Susan Rice deyir.
ABŞ yeni razılaşmanı müsbət qarşılayır, Susan Rice deyib. Razılığa əsasən ABŞ Türkiyənin cənubundakı İncirlik hava bazasından istifadə edə bilər. Son bir neçə ay ərzində sözdə cihadçı qruplaşma İraq və Suriyada böyük əraziləri zəbt edib. Türkiyənin hər iki ölkə ilə sərhədi olsa da, o, quru qoşunlarını əraziyə göndərəcəyini indiyə qədər istisna edib.
ABŞ telekanalı NBC-ə danışan xanım Rice deyib ki, bu yaxınlarda Türkiyə "mötədil Suriya müxalifət qüvvələrinə təlim keçirmək" və "İraq və Suriya daxilində fəaliyyət göstərmək" üçün ABŞ-a bazalarından və ərazisindən istifadə etməyə icazə verib. Son günlərdə İŞİD döyüşçüləri Suriyanın Kobani şəhərinə qarşı həmlələr edib. Kobaninin Türkiyə ilə sərhəd keçid məntəqəsi var.

Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |