Şrift:
Anadolu Agentliyi: Urmiya gölünün 94 faizi quruyub
14.10.2014 [11:42] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Urmiya gölünün quruması 94 faizə çatıb, göldəki suyun həcmi isə 30 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb.

“Anadolu” Agentliyinin məlumatına görə, 5200 kvadrat kilometrlik sahəsi ilə dünyanın ikinci böyük duz gölü olaraq tanınan Urmiya gölü hazırda böyük bir duz çölünə çevrilməkdədir.

Ətraf mühitin mühafizəsi təşkilatları yağış və qar sularının azalmasından başqa, gölə axan çaylar üzərində 45 bəndin tikilməsini Urmiya gölünün qurumasına əsas səbəblərdən biri kimi göstərirlər. Qeyd olunur ki, İran hökuməti tərəfindən Urmiya gölünün xilası ilə bağlı layihə hazırlanır. Artıq 90 milyon dollarlıq büdcə təsdiqlənib.

Bildirilir ki, İran prezidenti Həsən Ruhani seçkilərdən qabaq 100 gün ərzində Urmiya gölünün qurumasına son verəcəyini vəd etsə də, hələ də bu istiqamətdə ciddi addımlar müşahidə olunmur.
Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed