Şrift:
Azərbaycanın 2015-ci il üçün müdafiə xərcləri artırılır
14.10.2014 [12:34] - Gündəm, Hərb
Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə xərclərinin 17,9%-ni təşkil edəcək.

Maliyyə Nazirliyi tərəfindən açıqlanmış dövlət büdcəsi layihəsində qeyd olunub ki, 2015-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 2014-cü ilin göstəricisindən 3,1% çox olacaq. Bura xüsusi təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrdə nəzərdə tutulmuş xərclər də daxildir.

Qeyd edək ki, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində müdafiə və təhlükəsizlik orqanları üçün vəsait nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed