23.12.2011 [16:41] - Gündəm
Keçən altı ayda Sepah Pasdarannın 4 yüksək rütbəli jenralı kənarlaşdırılıb
Tehranın Sepahe Pasdaranın ” Məhəmməd Rəsullah” qərargahının komanderi jenral Hüseyin Həmədani-nin vəzifəsindən uzaqlaşdırılmasılə son altı ayda 4-ci sepah jenralıdır ki kənarlaşdırılır.Peyknet saytının 23.12.2011-ci il tarixində yaydığı məlumata əsasən Sepaha Pasdaranın rəisi Məhəmməd Əli Cəfəri Hüseyin həmədanini vəzifəsindən kənarlaşdiraraq onu yüerinə yəni Tehran və ətraf bölgənin Sepahe Pasdaranına Möhsen Kazemeynini təin edib.
Hüseyin Həmədani 2009-cil sentyabr ayının 10-da o vəzifəyə təin edilmişdi o beynəlxalq insan harqları tərəfindən İranda insan haqlarını gobud şəkildə pozan adamların siyahısındadır.
Hüseyin Həmədani-dən öncə Hüseyin Zolnur Sepah-da A.Xameneyinin səlahiyətlərini yerinə yetirən vəzifəsindən kənarlaşdırıldı və onun yerinə Jenral Əbdullah Hacısadiqi gətirildi.
Tehran şəhərində Sepahın “Seydəl Şohəda” korpusunun rəisi jenral Bəhram Hoseyini Motləq bu ilin oktyabr ayında oz yerini jenral Əli Nəsiriyə verdi ki ozü Tehran ostanından yeni ayrılmış Alboz ostanında sepahın rəisi təin olundu.
Bu ilin dekabr ayının əvəlində isə Sepahın rəisinin siyasi məsələlər üzrə müavini jenral Yədullah Cəvani Vəzifəsindən kənarlaşdırılaraq onun yerinə jenral Əli Əşrəf Nuri təin olundu.Bu 4-ci sepah jenralidir ki son 6-ayda vəzifələrindən kənarlaşdırılıblar bunlar əsasən İranda ixtişaşların yatırılmasında öndə gedən jenrallar hesab olunur və İrandan kənara çıxsalar bəynəlxalq insan haqları təşkilatlrı tərəfindən mühakimə olunacaqlar.İranın bəzi siyasi təhlilçiləri hesab edirlər ki Sepah qarşıda keçiriləcək parlamen seçkilərində iştirak etmək üçün həmin jenralları kənarlaşdırıblar ki parlamentdə daha artıq yerləri Sepah ələ keçirə bilsin.
İran prezidenti ermənistanda səfərdədir
İran Prezidenti Mahmud Əhmədi Nejad rəsmi səfər üçün Ermənistana gəlmişdir. Aeroportda,İran Prezidentini Erməni Xarici İşlər Naziri Edvard Nalbandian tərəfindən qarşılandı.
Daha sonra, Ermənistan prezidenti Serzh Sargsyan ilə Əhmədi Necadın rəsmi qarşılama mərasimi keçirilidi. Davam.az-ın Ermənistanın panarmeniyan.net saytına istinadən verdiyi xəbərə görə, Görüş zamanı Meghri hidroelektroenerjisi zavodu tikilməsinin müzakirəsi, həyata keçirilmkdə olan və başqa layihələrin imzalanması prezidentlərin gündəliyindədir.
Ermənistan və İran iki yüksək məhsuldarlıq hidroelektroenerjisi zavodunu tikməyi planlaşdırırlar: Meghri-də və Karachilar-da (İran). Hər zavod elektrik enerjisinin 793mln kilovat (kilovatlıq) h-ini əmələ gətirmək üçün nəzərdə tutulur. Meghri-də tikilmə üçün hazırlıqlar bu il qurtaracaq, İran İnvestisiya Kompaniyası ilə $ 323mln-də qiymətləndirilən layihə. Razılaşmaya müvafiq olaraq, zavod 15 il ərzində İranın sonra zavod Erməni tərəfinə veriləcək. Başqa zavodların tikilməsi nəzərdə tutulsada, ermənistanın lazimi qədər su ehtiyatlarına sahib deyil.
İran Prezidenti Ermənistan ilə dost əlaqələrin sonrakı inkişafı üçün ümidi ifadə etdi
Davam.az-ın Ermənistanın panarmeniyan.net saytına istinadən verdiyi xəbərə görə, Mahmud Əhmədi Necad İrəvanda bəyan etdi ki, " Ermənistanı müstəqilliyi əldə edəndən bizim ölkələrimizin arasında əlaqələr genişlənir. Biz ümumi bir mədəniyyət bölüşürük və mən əməkdaşlığın intensivləşdirməsinə heç bir maneələri görmürəm".
Xarici müdaxilələrdən narahatlıq ifadə edərək, Əhmədi Necad qeyd etdi ki, “Prezident Sarkisyan ilə görüş ərzində, mən heç bir qüvvənin Ermənistanla İran aralarında xəritəni dəyişdirə bilməyəcəyinə erməni lideri inandırdım.”
İran Prezidenti qeyd etdi, Erməni lider ilə görüş ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də Araz hidroelektrik stansiyasında işin intensivləşdirməsində mühüm rol oynadı. Bu kontekstdə, partiyalar Ermənistan İran ticarət mal dövriyyəsini yüksəltmək üçün zəruri gömrük islahatlarını təqdim etməyə razılaşdı.
İran parlamenti Bakının anti-İran hərəkətləri ilə ciddi rəftarın edilməsini istəyib
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Azərbaycan Respublikasının anti-İran hərəkətləri ilə ciddi rəftarın edilməsini istəyiblər
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Azərbaycan Respublikasının anti-İran hərəkətləri ilə ciddi rəftarın edilməsini istəyiblər.
İnformasiya dairələrinin məlumatlarına görə, çərşənbə axşamı İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri, İranın xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə keçirilən iclasda, İranın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının anti-İran hərəkətləri o cümlədən İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kaziminin Azərbaycana girişi üzrə maneələrin törədilməsi qarşısında gördüyü tədbirlər haqda suallar açıqlayıblar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri həmçinin, Xarici İşlər Nazirliyinin Bakının anti-İran və anti-İslam hərəkətləri qarşısında qətiyyətli addımlar atmasını istəyiblər.
Millət Evi Xəbər Agentliyinin məlumatına görə, bu görüşdə həmçinin regional və beynəlxalq məsələlər də diqqət mərkəzində saxlanılıb. Komissiya sədri Əlaəddin Brucerdi həmçinin, xarici diplomatiya idarəsini parlamentin diplomatiya imkanlarından faydalanmağa çağırıb və deyib: İslam Şurası Məclisi quruluşun xarici siyasət sahəsindəki məqsədlərinə nail olmaq üzrə geniş potensiallara malikdir ki, bu imkanlardan geniş formada istifadə edilməlidir.
Ötən həftə İranın Xarici İşlər Nazirliyinin sözçüsü də öz həftəlik mətbuat konfransında Azərbaycan Respublikasının İranın media nümayəndəsinin Bakıya daxil olmasına maneçilik törətməsindən təəccübləndiyini deyərək, ümidvarlıq etmişdi ki, Azərbaycan Respublikası hökuməti tezliklə bu hərəkətinə düzəliş edəcək.
Urmiyə əhalisinin İran Parlamentindəki nümayəndəsi höccətülislam Seyid Salman Zakir də Bakının bu qeyri-diplomatik hərəkətini tənqid edərək, İran hökumətinin qarşılıqlı addımlar atmasını və Azərbaycanın İrandakı media nümayəndələrini o cümlədən Sabir Şahtaxtını ölkədən çıxartmasını istəmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsinin Tehranda İranın Radio və Televiziya Təşkilatının rəsmiləri ilə media əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində müştərək bir komissiyanın təşkil edilməsi haqda razılığa gəlməsindən 4 gün sonra İranın media nümayəndəsi Əhməd Kaziminın Bakıya girişi müqabilində maneələr yaradıldı.
“Səhənd” öyrənci dərgisinin özəl sayı “Çillə Gecəsi”nə həsr edilib
Təbrizin Pəyam-i nur universitetinin öyrənciləri tərəfindən nəşr olunan “Səhənd” öyrəncisinin növbəti sayı nəşr edilib. Dərginin özl sayı Azərbaycanın mədəniyyət və folklorunda xüsusi yeri olan “Çillə Gecəsi” bayramına həsr olunub.
Özəl sayıda “Qış fəsili və Azərbaycan folkoloru”, “Çillə Gecəsi mif baxımından”, “Çillə Gecəsi Azərbaycanda”, “İrəc Müəzzinzadədən Çillə Gecəsi ilə bağlı şeir” və ... kimi yazılar dərc olunub.
Qeyd edək ki, adını çəkdiyimiz dərgi ən çox oxunan dərgilərimizdən biridir.
Azərbaycanlı fəalların evində axtarış aparılıb, Səccad İskəndəri tutuqlanıb
21 dekabr tarixində təhlükəsizlik qüvvələri Qoşaçayın (Miyandoab) Çaharbürc şəhərində milli-mədəni fəalların evində axtarış aparıblar.
Hökumət qüvvələri bir neçə milli-mədəni fəalın evinə müraciət edərək ailə üzvlərinə hədə-qorxu gəlib və evlərdə axtarış aparıblar. Məmular axtarış nəticəsində bir neçə kitab, afişa, əlyazma və bir sıra şəxsi əşyanı özləri ilə aparıblar.
Axtarış keçirilən zaman azərbaycanlı fəallar evdə bulunmadıqları səbəbindən yalnız bir nəfəri yaxalamağa nail olublar. Tutuqlanan Səccad İskəndəri “Türk Qala” podratçı (peymankarı) qrupun məsuludur. O, yaxalandığı zaman “Türk Qala” qrupuna aid türkcə yazılmış sənəd, möhür və s. zəbt olunub.
Finlandiyadakı Azərbaycan və Türk Diasporları Fransa Parlamentinin qondarma erməni qenosidi ilə bağlı biabırçı qanunu qəbul etməkdən çəkinməyə çağırıblar
"Finlandiyada fəaliyyət göstərən Azərbaycan və Türk diasporları bu qanun layihəsinin müzakirəyə çıxarılmasını qətiyyətlə pisləyir və Fransa parlamentini onu qəbul etməkdən çəkinməyə çağırırlar", - deyə Finlandiyada fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatının Fransa parlamentinə ünvanladığı etiraz müraciətində bildirilir.
Müraciət müəllifləri adı çəkilən qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə edərək bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcəyini bəyan etmişlər. Müraciət müəllifləri 1915-ci ildə baş verən hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini qeyd edərək Türkiyə hökumətinin bu məsələ ilə bağlıə ortaq elmi komissiyanın qurulması barədə təşəbbüsünü dəstəklədikləlrini qeyd etmişlər. ”Qondarma ”erməni soyqırımı” siyasi yox, tarixi məsələdir. Türkiyə dövləti hər zaman tatrixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəklikləri ortaya çıxarmağa hazır olduğu halda Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil”, - deyə müraciətdə qeyd olunmuşdur. Müraciətdə bildirilir ki, ”dünyanın heç bir demokratik ölkəsində, hətta insan hüquqları pozulan ölkələrdə belə, vətəndaşına başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunmur. Bu Fransa dövləti və parlamenti üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu qanun hüquq qaydalarına ziddir”.
Müraciət müəllifləri Fransa parlamentinin üzvlərini qondarma ”erməni soyqırımı” əvəzinə. 20 il əvvəl ermənlərin törətdiyi Xocalı soyqırımını müzakirə etməyi tövsiyə edirlər. ”1992-ci ildə Azərbaycanın Xocalı yaşayış məntəqəsində dinc sakinlərin, yaşlıların, qadın və uşaqların keütləvi surətdə qətliyamı yaddaşlardan hələ də silinməyib. ATƏT-in Mİnsk qrupunun həmsədri olan Fransa kimi bir dövlət yaxın tariximizdə baş verən qanlı hadisələri müzakirə etmək əvəzinə erməni yalanlarına uyaraq özünü nüfuzdan salır”, - deyə müraciətdə vurğulanmışdır.
Mehdi Həmidi Şəfiq və Tağı Sələhşurun həbs qərarının müddəti uzadılıb
Azərbaycanlı fəallar Mehdi Həmidi Şəfiq və Tağı Sələhşur barədə çıxarılan həbs qərarının müddəti məhkəmə tərəfindən uzadılıb.
Yeni qərar dekabrın 6-ı (azərin 15-i) Təbriz inqilab məhkəməsindən Təbrizin mərkəzi zindanına elan olunub.Yeni qərara görə, Mehdi Həmidi Şəfiq və Tağı Sələhşurun həbs qərarı 2012-ci il yanvarın 5-nə (1390-cı il deyin 15-nə) qədər uzadılıb.Xatırladaq ki, Həmidi Şəfiq və Sələhşur avqustun 24-ü (şəhrivərin 2-i) iftar mərasimi zamanı daha 27 nəfərlə birlikdə tutuqlanıblar. Onlarla birlikdə tutuqlanan milli-mədəni fəallar keçən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılsalarda, hələlik adını çəkdiyimiz azərbaycanlı fəalların azadlığı naməlum səbəbdən təmin edilmir.
3 nəfər milli-mədəni fəal azadlığa buraxılıb
Bu gün Təbriz vaxtı ilə saat 11:30-da Azərbaycan Milli Hərəkat fəallarından 3-ü Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Azadlığa buraxılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir: Cəlil Ələmdar Milani, Qadir Növruzi və Əli Sirnak.Qeyd edək ki, adını çəkdiyimiz fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı daha 26 nəfərlə birlikdə tutuqlanmışdılar.
GAMAC-dan Qurultaya dəvət
GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) nizamnaməsinə uyğun olaraq 2-ci Qurultaya hazırlaşır.
Milli Cəbhənin növbəti Qurultayını təşkil edən Təşkilat Komitəsi dünyada yaşayan bütün Azərbaycan türklərini fərd və təşkilat olaraq bu Qurultaya dəvət edir.
2012-ci il yanvarın 6, 7, 8-də keçiriləcək Qurultay Almaniyanın Köln şəhərində yerləşən City-Hostel gənclər evində baş tutacaq.
Ünvan:
Jugendherberge Köln-Deutz
City-Hostel
Siegesstr. 5
50679 Köln
Tel: 0221 814711
Fax: 0221 884425
İRANLI SİYASİ MƏHBUSLAR HƏMVƏTƏNLƏRİNİ SEÇKİYƏ QATILMAMAĞA ÇAĞIRIB
İranda 39 siyasi məhbus birgə bəyanat yayaraq vətəndaşları qarşıdan gələn parlament seçkisinə qatılmamağa çağırıb.
İranda növbəti parlament seçkisi 2012-ci ilin martında keçiriləcək.
Bəyanat qəbul edən siyasi məhbuslar 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulanlardır.
Bəyanatda deyilir ki, hakimiyyət siyasi baxımdan çıxılmaz vəziyyətdə qalıb və ölkədə vəziyyətə hərbçilərlə təhlükəsizlik qüvvələri nəzarət edir: “Bu gün Musəvi və Kərrubi ən şiddətli təzyiqlər altında ev dustaqlığı şəraitində saxlanılır. Bundan başqa, bir çox tanınmış siyasətçi, jurnalist, tələbə, hüquq müdafiəçisi və ali təhsil ocaqlarının müəllimləri ağır basqılar altında zindanlarda saxlanılır. Söz azadlığına yasaq qoyulub, medianın, partiyaların və sivil qurumların fəaliyyətinə əngəl yaradılır.
Bu gün İran cəmiyyəti elan olunmamış fövqəladə vəziyyətin, hərbçilərin ölkədə hökmranlıq etməsinin şahididir. Bütün dünya ölkələrindəki təcrübələr, eləcə də İranda son yüz ildə azadlıq uğrunda aparılan mübarizə tarixi göstərir ki, hərbçilər və təhlükəsizlik qüvvələrinin hökm sürdüyü bir ölkədə azad seçkidən danışmaq mənasızdır. Burada yalnız qondarma seçkidən söhbət gedə bilər. Belə bir seçkinin ölkə konstitusiyasında qeyd edilən, xalqın birbaşa iradəsi ilə keçirilməli olan seçkiyə heç bir aidiyyəti yoxdur. Dünyanın heç bir yerində belə seçkini azad seçki kimi qəbul etmirlər.
Biz öz iman, əqidə və əxlaqi borcumuza əməl edərək bildiririk ki, insanları seçkiyə qatılmağa təşviq etmək hakim istibdada yardım etməkdən və xalqın azadlıq və demokratiya uğrundakı ideyalarına qarşı çıxmaqdan başqa bir şey deyil”.
KÖRFƏZ ƏMƏKDAŞLIQ ŞURASI İRANA TƏLƏB QOYDU
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələn Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin başçıları birgə bəyanat yayaraq İrana bölgə ölkələrinin daxili işlərinə qarışmağı dayandırmaq tələbi qoyub.
Dekabrın 20-də verilən bəyanatda deyilir: “İran Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin daxili işlərinə qarışmağı, bu ölkələrin vətəndaşları arasında nifaq salmaqla onları bir-birinə qarşı qoymağı dayandırmalıdır. Biz İrandan yürütdüyü bu siyasətə son qoymağı, dinc yanaşı yaşamaq prinsipinə hörmətlə yanaşmağı və bu barədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini tələb edirik”.
Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir.
Ermənistandan İrana Hava Hücumundan Müdafiə sistemləri daşınır
Ermənistan ərazisindən və Azərbaycanın erməni işğalı altındakı rayonlarının (şəhər, məntəqə) ərazilərindən İrana davamlı yüklər daşınır.
Son günlər bu proses o qədər böyüyüb ki, artıq onu əraziyə ən müxtəlif vasitələrlə nəzarət edən dövlətlər də qeydə alıblar”...
Bu məlumat “Yeni Müsavat”-a həmin dövlətlərdən birinin Bakıdakı missiyalarından (görəvli) sızdırılıb. Dəqiqləşdirilmiş bilgilər əsasında onu demək olar ki, son günlər İranla həmsərhəd olan işğal altındakı ərazilərimizdən iritonnajli maşınlar kolonlar (situn, karvan) şəklində İran ərazisinə doğru hərəkət edirlər. Eyni proses daha intensiv (şiddətli) şəkildə Ermənistan- İran sərhədində də müşahidə olunmaqdadır. Xarici ölkə təmsilçisinin, adının açıqlanmaması şərti ilə müxbirə verdiyi bilgidə göstərilir ki, daşınan yüklər Ermənistan ərazisində mövcud olan Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin hissələridir: “Təxminən 80 ədəd bu cür HHM sistemi mövcuddur. Onlar Ermənistan və Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı quraşdırılıb və hər biri də işlək vəziyyətdədir. İndi həmin HHM-ləri demontaj edərək, İrana daşıyırlar. İran olası hava hücumuna qarşı hazırlıqlarını intensivləşdirir. Bu məsələdə dünya gücləri, əsasən də ABŞ (Amerika Birləşmiş Ştatları) Rusiya ilə gizli bir anlaşma içərisindədir; bu anlaşmaya görə ruslar İrana HHM və başqa müdafiə silahları satmayacaqlar. Bu səbəbdən də yuxarıda göstərilən variant (seçənək) seçilib. İran Ermənistan ərazisindəki əksər HHM-ləri satın alıb və onları artıq daşıtdırır”. İşin maraqlı tərəfi də budur ki, bu yüklər İran və Ermənistan yetkililərinin birgə içtirakı ilə Azərbaycanımızın işğal altındakı ərazilərindən daşınmaqdadır...
Mənbənin məlumatlarina görə, İran prezidenti Əhmədinejadın İrəvana bu gün həyata keçirilən səfərinin əsas məqsədi də bu hadisəyə bağlıdır. Ermənistan, atom silahı əldə etmək ərəfəsində olan və bu səbəbdən də dünya gücləri tərəfindən demək olar ki, təklənən, vurulacağı barədə artıq ciddi təhdidlər alan İrana arxa çıxmaq qərarı verib... Və bütün dünya artıq neçəncisə dəfə İran-Ermənistan əməkdaşlığının şahidi olmaqdadır.
Qeyd edək ki, artıq ABŞ yetkililəri açıq-aydın şəkildə işarə edirlər ki, İranın atom bombası əldə etməsini önləmək üçün əllərində olan “bütün zəruri tədbirləri” görəcəklər. Belə bəyanatla ən son ABŞ-ın müdafiə naziri Leon Panetta çıxış edib. Pentaqon rəhbəri CBS telekanalına müsahibəsində jurnalistin “Əgər kəşfiyyat İranın nüvə silahı hazırladığını təsdiq edərsə, ABŞ bu ölkəyə zərbələr endirəcəkmi” sualına “bəli” cavabını verib.
Qərb mətbuatında yer alan xəbərlərdə isə deyilirdi ki, İsrail ABŞ-a xəbər vermədən dekabrın (December) sonlarında İranın nüvə obyektlərinə (atom təsisatı) hava zərbələri endirməyə hazırlaşır. İsrailin bu əməliyyat üçün bütün hərbi hazırlıqları başa çatdırdığı bildirilir. “The Times” qəzetinin xəbər verdiyinə görə, İsrail hava zərbələri ilə yanaşı, İran ərazisində nöqtə əməliyyatları həyata keçirmək üçün xüsusi seçilmiş dəstə yaradıb. Britaniya kəşfiyyat çevrələrindən isə bildirilmişdi ki, İsrail Yeni il ərəfəsində İrana qarşı qəfil hava əməliyyatlarına başlayacaq. ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə keçmiş müşaviri Deniss Ross isə bildirib ki, İsrail İrana qarşı Vaşinqtona xəbər etmədən hava zərbələrinə başlaya bilər.
Məhz belə bir ərəfədə İran prezidenti dostu Serj Sərkisyanın dəvəti ilə İrəvana gedir. Orada onlar növbəti dəfə qucaqlaşıb öpüşəcək və həm də ermənilərin əlində olan HHM sistemlərinin İrana daşınmasına dair detalları müzakirə edəcəklər.
Bu məqamda qeyd edək ki, Ermənistan HHM sistemini tam olaraq Rusiya qurub və Gümri şəhərində Rusiya -Ermənistan birgə HHM komanda (tim) məntəqəsi fəaliyyət göstərməkdədəir.

Bu xəbər oxucular tərəfindən 1412 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |