Şrift:
Bakının böyük prospekti açılmaq ərəfəsindədir
15.10.2014 [10:42] - Gündəm, Sosial
Paytaxtın əsas prospektlərindən birində asfalt-beton örtüyünün üst qatının döşənməsinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən bildiriblər ki, Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsinə başlanılıb.
İşlərin sürətlə aparılması, yolun bütün eni boyu üst örtüyünün döşənməsi üçün eyni vaxtda işləyən 4 asfaltdöşəyən maşın və digər texnikalar cəlb olunub. Asfaltdöşəyən maşınların eyni vaxtda işləməsi imkan verəcək ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun. Paralel olaraq səki daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir. Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin çox qısa vaxtda yekunlaşması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed