15.10.2014 [12:03] - Gündəm, Gənclik
Nizami rayon məktəbliləri arasında “Güllə Atıcılığı” üzrə yarış keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 14-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında Nizami rayon məktəbliləri arasında 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş yarışda 24 komanda iştirak edib.
Tədbiri Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq bu yarışın müharibə şəraitində olan ölkəmizin gənclərinin hərbi-vətənpərvərlik ruhunda böyüməsi və vətənimizin müdafiəçilərinin hərtərəfli hazırlığı işində əhəmiyyət daşıdığını bildirib.
Daha sonra “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Mütəxəssis hazırlığı şöbəsinin rəisi Arzuman Kosayev, Bakı şəhəri Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Aparatının rəhbəri Ramin Vəlibəyov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və komandalara uğurlar diləyiblər. Daha sonra yarışa start verilib.
Münsiflər heyətinin yekun rəyinə əsasən, 220 nömrəli məktəb-liseyin komandası 86 balla 1-ci, 145 nömrəli tam orta məktəbin komandası 67 balla 2-ci, 277 nömrəli idman təmayüllü tam orta məktəbin komandası isə 66 balla 3-cü yeri tutub.
Fərdi birincilik uğrunda isə 210 nömrəli tam orta məktəbin şagirdi Sabunov Məhəmməd Xanlar oğlu 34 balla 1-ci, 220 nömrəli məktəb-liseyin şagirdi Hüseynov Habil Əkrəm oğlu 32 balla 2-ci, 238 nömrəli tam orta məktəbin şagirdi Abbasov Məhəmməd Elçin oğlu isə 16 balla 3-cü yeri tutub.
Yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |