Şrift:
Suriyada baş verən terror aksiyalarında 30-dan çox adam ölüb
23.12.2011 [17:00] - Gündəm
Suriyanın paytaxtı Dəməşq şəhərində 2 partlayış baş verib. Terror aktları nəticəsində azı 30 nəfərin öldüyü, 50-dən çox adamın yaralandığı barədə xəbər yayılıb. Ölənlər arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Partlayışları 2 terrorçu-kamikadzenin törətdiyi bildirilir. Onlar bomba yüklənmiş avtomobillərlə eyni anda Dövlət Təhlükəsizlik Baş İdarəsi və bu quruma məxsus başqa binaya daxil olublar.

Suriya hakimiyyəti terroru “Əl-Qaida”nın törətdiyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed