Şrift:
“İnama Doğru” dərgisinin 49-cu sayı çıxdı
15.10.2014 [13:58] - Gündəm, Bildiriş
Mütləqə İnam Ocağının “İnama Doğru” dərgisinin 49-cu sayı çıxıb. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.
İnam Ata (Asif Ata) Ocağının aylıq dərgisi olan “İnama Doğru”nun hər sayı ictimai mühitdə maraqla qarşılanır. Dərginin bu sayının baş yazısı “İnam Ata-79” adlanır.
Elli Atalının İnam Ata ilə “Özünü tamam itirmədən həqiqətə çatmaq olmur” adlı yazısında Atanın həyata, dünyaya, insana özünəməxsus münasibətini ifadə edən fikirləri yer alıb.
“İnam Ata Ocağında “Şərqilik” Bayramı keçirilib” yazısında bəşəri siqlətli Ocaq bayramının Ocaqçılarla, İnamçı aydınlarla keçirilmə fərəhindən danışılır.
“Azərbaycan Özümlü Şərqin özülü olacaq”: Ocaq Yükümlüsü İşıqlı Atalının bayram münasibətilə ulusu kutlaması belə adlanır.
Ocağın Ruhsal Başçısı Safruhun “Şərqilik” bayramında tonqal yörəsində sözündə insanlara Ocağın carı çatdırılır: “Biz ruhsal insanlığı öyürük”.
Tanınmış inamçı şair Nurayaz İnamsoyun “İnsan böyükdür” və “İnam Ata yaratsın” şeirlərində Ocağın bənzərsiz ruhu öyülür, şeiriyyətə gətirilir.
Safruhun “Ata nəfəsiylə, insan səsiylə şərqləşdik, şərqləşdirdik” yazısında bənzərsiz keçən bayram haqqında duyğuları bölüşülür.
Ocaq Yükümlüsü İşıqlı Atalının “İnama Doğru”nu gətirərkən” yazısında “Demək olar, hər ay “İnama Doğru” dərgisi böyük çətinliklərdən sonra əllərimizin, əslində ürəyimizin üstə dünyaya gəlir”- deyə vurğulanır...
İnamçımız Məhərrəm Şəmkirlinin “Nurayaz İnamsoy – Ocaq ruhlu şair” yazısında Ocaqlı şeirin gözəl örnəklərini yaratmış Nurayazın yaradıcılığı təhlil olunur.
Dərgidə Ocağın Ruhsal Mərkəzində keçirilən Ocaq Ailələrinin toplantısı, 25 Ata ayında keçirilmiş “Ata Günü” içuyumu haqqında da bilgilər diqqəti çəkir.
İnamçımız Baba Əhmədlinin “Ocaqçıların insanlaşdırma fəaliyyəti”, İnamyurd Atalının içsəsləri, Sadiq Atalının “Qan yaddaşı” Yolruh Atalının içsəsləri, “Mütləqi dərk etmək” yazısı, İşıqlı Atalının “İnama Doğru”nun 4 yaşı münasibətilə kutlaması və başqa yazılar dərginin bu sayında yer alıb.
Dərgininn sayları ilə Ocağın Ruhsal Mərkəzində və Milli Kitabxanada tanış olmaq olar.
Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed