16.10.2014 [15:29] - Gündəm, Siyasət
AzərTAc Düşənbədən xəbər verir ki, Tacikistan Respublikasına rəsmi səfərə gələn prezident İlham Əliyevin oktyabrın 16-da Millət Sarayında rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İmaməli Rəhmana, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin İmaməli Rəhmanla təkbətək görüşüb. Ardınca prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Görüş başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Prezidentlər birgə bəyannamə imzalayıblar.
Digər sənədlər bunlardır:
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökumət ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş”.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |