17.10.2014 [10:22] - Xəbərlər, Diaspor
Oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.
Prezident İlham Əliyevi universitetin tələbələri duz-çörəklə qarşıladılar.
Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif müalicəvi vasitələr hazırlanır.
Prezident İlham Əliyevə ali təhsil ocağının kitab fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları da var.
Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı. Sonra Fəxri Doktor diplomunun təqdimat mərasimi oldu.
Tacikistan Milli Universitetinin rektoru Mahmaisuf İmomov çıxış edərək dedi: “Çox hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev. Hörmətli qonaqlar, əziz həmkarlar və dostlar. İcazə verin Tacikistan Milli Universitetinin professor-müəllim heyəti və tələbələri adından Sizi universitetimizin divarları arasında salamlayaq. Tacikistanın Milli Universitetinə xoş gəlmisiniz.
Rektor bildirdi ki, xalqlarımız əsrlərin dərinliyindən gələn qarşılıqlı münasibətlər ənənələrinə malikdirlər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından danışan rektor bir çox nəsillərin nümayəndələrinin bu yaradıcılıqdan bəhrələndiyini söylədi.
Tacikistanlı alimlərin Azərbaycanın böyük oğullarının əsərlərinin öyrənilməsi istiqamətində xeyli iş gördüklərini vurğulayan rektor dedi: “ Çox hörmətli İlham Heydər oğlu. Biz Sizi multikulturalizmin fəal tərəfdarı kimi tanıyırıq. Sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə onun paytaxtı Bakı mühüm elmi və mədəni mərkəzə çevrilir. Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi hal alır. Mədəniyyətlərarası dialoqun çətinliyi şəraitində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ideyanız, cənab Prezident, xüsusilə aktualdır. Tacikistanın elmi və universitet ictimaiyyəti, o cümlədən Tacikistan Milli Universitetinin alimləri və müəllimləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayırlar. Əminəm ki, müasir dünyanın problemlərinin həlli istiqamətində bizim alimlərimiz azərbaycanlı həmkarları ilə fəal əməkdaşlıq edəcəklər.
Tacikistan Milli Universiteti Azərbaycanın təhsil və elmi müəssisələri ilə humanitar əməkdaşlığı inkişaf etdirmək əzmindədir. Bizim universitetlə Bakı Dövlət Universiteti arasında xüsusi münasibət yaranıb. Universitet Azərbaycan mədəniyyətinin yayılması işinə öz töhfəsini verir, qardaş xalqlarımızın yaxınlaşmasında fəal addımlar atır. Sizin səfəriniz ərəfəsində - oktyabrın 14-də universitetimizdə Elmira Axundovanın tacik dilinə tərcümə olunmuş 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” əsərinin və Nikolay Zinkeviçin Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “Həyatın ziqzaqları” kitabının təqdimatı keçirilib.
Çox hörmətli İlham Heydər oğlu! Elmin, təhsilin və mədəniyyətin, beynəlxalq əməkdaşlığın, Tacikistan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, inkişafına verdiyiniz mühüm töhfələri nəzərə alaraq, Tacikistan Milli Universitetinin Elmi Şurası 2014-cü il oktyabrın 14-də Sizə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilməsini qərara alıb. İcazə verin, Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun və Universitetin Elmi Şurasının fəxri üzvü mantiyasının təqdim edilməsi ilə bağlı təntənəli mərasimi açıq elan edim”.
Hər iki ölkənin dövlət himni səsləndirildi.
Universitetin rektoru Mahmaisuf İmomov dedi: “Hörmətli qonaqlar. İcazə verin Tacikistan Milli Universiteti Elmi Şurasının qərarını səsləndirim. Tacikistan Milli Universiteti Elmi Şurasının qərarı. “Universitetin Elmi Şurası universitetin rektorunun təqdimatını dinləyərək qərara alıb ki, Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə diplom və mantiya təqdim edilməklə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilsin”.
Cənab İlham Heydər oğlu Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu və universitetin Elmi Şurasının fəxri üzvü mantiyası gətirilsin”.
Fəxri Doktor diplomu və mantiyası Azərbaycan Prezidentinə təqdim olundu.
Mahmaisuf İmomov dedi: “- Artıq İlham Heydər oğlu Əliyev Tacikistan Milli Universitetinin Fəxri Doktoru və universitetimizin Elmi Şurasının fəxri üzvüdür. Təbii ki, söz fəxri doktorumuz, Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə verilir. Buyurun”.
Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında nitq söylədi: “İlk növbədə Tacikistan Milli Universitetinə mənə bu universitetin Fəxri Doktoru adı verilməsinə görə dərin təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük şərəfdir və bunu təkcə mənim xidmətlərimə deyil, həm də ölkəmizə - Azərbaycana hörmət əlaməti hesab edirəm.
Yenidən qardaş Tacikistan torpağında olmağıma şadam. Bu, sizin ölkənizə mənim ikinci rəsmi səfərimdir. Dostum, qardaşım Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir”.
İlham Əliyev qeyd edib ki, ölkələrimizi qədim tarixi əlaqələr bağlayır, xalqlarımız həmişə dost olub, bir-birini dəstəkləyib: “Biz görkəmli əcdadlarımızla fəxr edirik. Tacikistanda Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə, diqqətlə yanaşılmasını biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu gün mənə böyük əcdadımızın qədim kitablarını nümayiş etdirdilər və mən bu imkandan istifadə etdim. İndi təsdiqləmək istəyirəm ki, Tacikistan Milli Universitetinin nümayəndə heyətini Azərbaycana, məhz Gəncə şəhərinə - böyük Nizaminin vətəninə gəlməyə, onun yaşadığı, yaratdığı və öz ölməz əsərlərini qələmə aldığı yerlərdə olmağa dəvət edirəm. Belə misallar çoxdur.
Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Sevindirici haldır ki, müstəqillik dövründə biz əməkdaşlığımızın bütün bu müsbət elementlərini nəinki qoruyub saxlamış, həm də əməkdaşlıq potensialını artırmışıq. Lakin bu gün həm geniş tərkibdə, həm də Tacikistan Prezidenti ilə təkbətək görüş və danışıqlar çərçivəsində biz qarşılıqlı maraq doğuran, münasibətlərimizin gələcək inkişafını təyin edəcək məsələlərin çox geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Biz əməkdaşlığımızın potensialına eyni cür baxırıq və ölkələrimiz əlindən gələni etməlidirlər ki, əməkdaşlığımız daha da möhkəmlənsin, bir-birimizi dəstəkləyək, biznes qurumları səviyyəsində əlaqələr yaradaq, ölkələrimizdə həyata keçirilə biləcək layihələrə fəal qoşulaq. Başqa sözlə desək, uzun illər öncədən tamdəyərli əməkdaşlığı təmin edək. Bunun üçün baza var. Bu, xalqlarımızın qarşılıqlı rəğbəti, bizim ümumi tariximiz, tarixi keçmişimiz və bu gün əməkdaşlığı genişləndirmək, ölkələrimizi inkişaf etdirmək arzusudur.
Bu gün Tacikistan Prezidenti ilə söhbətdə mən onu və onun timsalında bütün Tacikistan xalqını ölkənizin müstəqillik illərində, xüsusən son dövrlərdə qazandığı uğurlar münasibətilə təbrik etdim. Mən bunu şəxsən söyləyə bilərəm, çünki yeddi il bundan əvvəl Tacikistanda olmuşam və bu gün Düşənbədə həyata keçirilən dəyişikliklər, inkişaf, yeni binaların tikilməsi, Düşənbənin daha da gözəlləşməsi, istirahət zonalarının yaradılması, ictimai yerlərin abadlaşdırılması göz qabağındadır.
Sizin iqtisadi inkişaf dinamikanız çox yaxşıdır. Təbii ki, bunun əsasını cəmiyyətdə ictimai-siyasi həmrəylik, həm Tacikistanda, həm də Azərbaycanda xalqlarımızın çox yüksək qiymətləndirdiyi sabitlik təşkil edir. Çünki təəssüf ki, müstəqilliyin ilk illəri həm sizin, həm də bizim ölkədə çox mürəkkəb dövr idi, böyük məhrumiyyətlər vardı. Vətəndaş müharibəsi müharibələrin ən pisidir. Təəssüf ki, xalqlarımız bu ağır hal ilə üzləşdilər. Ona görə də bu gün Tacikistanın uğurlu inkişafı, əlbəttə, ilk növbədə ictimai-siyasi sabitlik və nəzərdə tutduqlarınızın hamısını reallaşdıracağınıza əminlik sayəsində mümkün olur. Biz dinamikanı bunda görürük. Çünki bu gün dünyada, Yer kürəsinin müxtəlif regionlarında bir-birinə tamam zidd olan proseslər gedir. İqtisadi və maliyyə böhranı davam edir. Bir sıra ölkələr hələ də böhrandan çıxmayıb. Bizim sərhədlərimizin yaxınlığında müharibələr alovlanır, sabitliyin pozulmasının, terrorizmin, radikalizmin yeni ocaqları yaranır. Belə şəraitdə əlverişli vəziyyət, yaxşı investisiya ab-havası yaradılması, sosial məsələlərin uğurlu həlli, əlbəttə, ən yüksək qiymətə layiqdir.
Qardaş Tacikistan xalqını bu uğurlar münasibətilə bir daha təbrik etmək istəyirəm. Biz Azərbaycanda buna sevinirik və artıq qeyd etdiyim kimi, əməkdaşlıq üçün yeni layihələr hazırlamağa çalışırıq”.
Dövlət başçısı bildirib ki, siyasi sahədə Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək səviyyədədir: “Biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Biz bir sıra beynəlxalq və regional təşkilatların üzvləriyik, hər yerdə - həm BMT-də, həm ATƏT-də, həm İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda bir-birimizi dəstəkləyir, bir-birimizin təşəbbüslərinə səs veririk. Beləliklə, münasibətlərimizi daha da möhkəmləndiririk.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyimizi irəli sürəndə Tacikistan Azərbaycanı fəal dəstəklədi və biz 155 ölkənin səsi ilə bu yüksək yeri tutduq. Bizi dəstəkləyən bütün ölkələrə minnətdarıq. Biz bəyan etmişdik ki, həm özümüzü, həm də bütün dostlarımızı təmsil edəcəyik. Belə də oldu. Azərbaycan iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü oldu, dünyanın bu ən mühüm qurumuna iki dəfə başçılıq etdi.
Biz başqa beynəlxalq təşkilatlarda da fəal işləyirik. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədridir. Bu da bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz həm İslam Əməkdaşlıq Təşkilatının və həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biriyik. Beləliklə, ümumilikdə yüzdən artıq ölkəni birləşdirən bu iki təşkilatda fəal iştirak edir və öz milli maraqlarımızı fəal qoruyuruq. Zənnimcə, bizi yaxınlaşdıran daha bir amil ondan ibarətdir ki, öz siyasətimizi milli maraqlarımıza əsaslanaraq yürüdürük. Biz müstəqil dövlətlərimizi xalqlarımızın milli mədəni dəyərləri əsasında qururuq. Bu, hər bir ölkə və gələcək üçün təməldir. Əlbəttə, əminəm ki, bizdə olduğu kimi, Tacikistanda da gənc nəsil vətənpərvərlik, Vətəninə sevgi ruhunda, milli ruhda böyüyür. Bu, xüsusən indiki vaxtda, qloballaşma ilə əlaqədar proseslərlə bağlı müəyyən təhlükələr olduğu vaxtda çox vacibdir. Proseslər əsasən gənc nəsli əhatə edir. Buna görə bizim gənclər öz ölkəsinə, öz xalqına bağlı olmalı, Vətəni sevməli və milli ruhda tərbiyə olunmalıdır. Əlbəttə, biz bütün dünya üçün açığıq, biz bütün dünya ilə əməkdaşlıq edirik.
Rektorun artıq qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyaların dialoqu, mədəniyyətlərarası dialoq sahəsində çox iş görür və artıq müntəzəm olaraq dördüncü dəfə keçirilən Bakı Humanitar Forumu əsasən multikulturalizm ilə bağlı məsələlərə həsr edilib. Odur ki, burada bizim çox yaxşı təcrübəmiz var. Təbii ki, bizim dövlətimizin əsası və gələcək uğurlarımızın rəhni xalqımızın ənənəvi dəyərlərinə arxalanmağımızdır. Biz bu dəyərləri qoruyub saxlamalı, möhkəmlətməliyik, yeni, gənc nəsil də bu ruhda tərbiyə olunmalıdır”.

Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |