18.10.2014 [01:35] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
O, Milli Məclis rəhbərliyindən İstiqlalçı deputatlara xüsusi diqqətin göstərilməsini xaiş edib
Bu gün - 17 oktyabr 2014-cü il tarixində, Milli Məclisin iclasında cari məsələlərlə bağlı çıxış edən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "18 oktyabr - Dövlət Müstəqilliyi Günü"-nün yenidən qeyri iş günü kimi qəbul olunmasını təklif edib və millət vəkillərini bu təklifin qəbuluna səy göstərməyə çağırıb. Fərəc Quliyev Milli Məclis rəhbərliyindən də xaiş edib ki, İstiqlalçı deputatlar kimi tanıdığımız, 18 oktyabr 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş, Azərbaycanın müstəqilliyinin tərəfdarı olmuş deputatlara xüsusi diqqətin göstərilməsini düşünsünlər. Partiya sədri İstiqlalçı deputatlarımızın içində ağır həyat şəraitində yaşayanlar və xəstələrin də olduğunu bildirib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:
"Hörmətli sədr, hörmətli kolleqalar sabah "Dövlət Müstəqilliyi Günü" bayramıdır. Sizi və Xalqımızı bu münasibətlə təbrik edirəm! Dövlət müstəqilliyimiz əbədi olsun! Mən arzulayıram ki, burada kolleqalarımız "18 oktyabr - Dövlət Müstəqilliyi Günü"-nün qeyri iş günü kimi qəbul olunması üçün ciddi səy göstərsinlər. Məncə bu çox normal bir yanaşma olar. Dünyanın hər yerindən prezidentlər, dövlət adamları ölkə başçımıza zənglər edirlər, məktublar göndərirlər və Dövlət Müstəqilliyimiz münasibətilə təbrik edirlər. Məncə, bu çətin bir məsələ deyil və hər kəs tərəfindən də arzuolunan bir məsələdir. Həmin tarixdə bu zalda SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş deputatlar olub ki, onların içində mərhum prezident Heydər Əliyev də olub. İndi o deputatlardan bir çoxunun vəziyyəti çox pisdir, ağır xəstəliklərə düçar olubdular. Onların maddi təminatında problem var. Mən xahiş edərdim ki, Milli Məclisin rəhbərliyi keçmiş kolleqalarımızın da haqqında düşünsünlər. Xəstə olanlara diqqət göstərmək, onların təqaüdləri ilə bağlı bir qərar qəbul eləməyin də zamanı çatıbdır. Bir çox ölkələrdə bunun analoqları vardır, çox xüsusi diqqət göstərirlər. Ən azından məncə bu cür diqqət göstərmək də yerində olardı.
Təşəkkür edirəm."

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |