Şrift:
ABŞ hərbi təyyarəsi Kobani şəhərindəki PKK-çılara silah endirdi
20.10.2014 [10:10] - Gündəm, Siyasət
ABŞ hərbi təyyarəsi Suriya-Türkiyə sərhədində yerləşən və "İslam dövləti"nin (İD) yaraqlıları tərəfindən mühasirə altında saxlanılan Kobani şəhərindəki kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib. Bu barədə Röyter agentliyi məlumat verir.

ABŞ komandanlığı bəyan edib ki, son günlər ABŞ tərəfindən Kobani şəhərinin yaxınlığındakı yaraqlıların mövqelərinə endirilən 135 zərbə nəticəsində onların irəliləməsini ləngidilib və yüzlərlə döyüşçüləri məhv edilib.
Sentyabrda ABŞ HHQ beş ərəb ölkələrinin dəstəyi ilə Suriyadakı İD mövqelərinə ilk zərbələr vurub. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed