20.10.2014 [10:37] - Gündəm, Hərb, Bildiriş
Bu gün Azərbaycan Respublikası regionun ən güclü ordusuna sahibdir. Bütün bunlar isə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının və şəxsi heyətin mənəvi-psixolji durumunun, döyüş qabiliyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gücə qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır. Çünki, xalq orduya, ordu xalqa güvənib inanarsa o zaman heç bir düşmən bizi məğlub edə bilməz.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, elə bütün bunları nəzərə alan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Komandanlığı mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edir, mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olur.
"Gəl tanış olaq, biz bu diyarın müdafiəçiləriyik!" adlı növbəti tədbir Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil olunub. Adı çəkilən tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümünə həsr olunub. Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov açaraq şəxsi heyətin mənəvi-psixoloji durumunun saflaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən əməli işlərdən ətraflı bəhs edib.
Daha sonra çıxış edən tanınmış ziyalılar belə tədbirlərin xalq-ordu birliyinin əyani göstəricisi olmaqla bərabər, şəxsi heyətin mənəvi-psixoloji durumuna da öz müsbət təsirini göstərdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin çıxışları, Kəngərli Rayon Mədəniyyət Evinin "Kəngər" xalq çalğı alətləri ansamblı və "Yallı" rəqs qrupu üzvlərinin ifa və rəqsləri maraqla qarşılanıb. Tədbirin sonundakı "N" saylı hərbi hissəsinin xüsusi hazırlıqlı bölməsinin nümunəvi çıxışları daha yadda qalan olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bundan əlavə, Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov çıxışında Azərbaycan xalqının 23 il əvvəl yaranmış gərgin tarixi vəziyyətdə öz müqəddəratını həll edərək dövlət müstəqilliyini bərpa etdiyini bildirib. Ancaq bu müstəqilliyi qoruyub-saxlamaq heç də asan olmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbilə yenidən siyasi hakimiyyətə qayıtması təhlükəni aradan qaldırdı. Cəbhədə atəşkəs elan olunaraq vahid komandanlıq altında milli ordu quruculuğuna start verildi. Tarix üçün çox qısa bir dövrdə Azərbaycan güclü dövlətə, Silahlı Qüvvələrimiz isə regionun ən qüdrətli ordusuna çevrildi. Artıq Azərbaycan Silahlı Qüvvələri elə bir gücə malikdir ki, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirib ki, bu gün ordumuza hərtərəfli dövlət qayğısı var. Ordumuzun gündən-günə inkişaf etməsi, əsgərlərimizin yüksək döyüş hazırlığı hər birimizi sevindirir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda xalqla ordu arasında qırılmaz tellər mövcuddur.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə" İnstrumental Ansamblı solistlərinin çıxışı olub.

Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |