Şrift:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 335 minə yaxın şəxsə aylıq sosial müavinət ödənilir
20.10.2014 [11:29] - Sosial
Bu ilin oktyabrın 1-də ölkəmizdə 425 650 nəfərə (respublika əhalisinin 4,4%-nə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 650 nəfəri (78,6%-i) aylıq, 91 000 nəfəri (21,4%-i) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə 2014-cü il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 2014-cü il oktyabrın 1-nə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8 299 nəfərdir. Hesabat dövründə müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği bu il aprelin 1-dən 21,6% artırılıb. Bu artım ümumilikdə, 53 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Nazirlik tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb və belə şəxslərə müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed