Şrift:
Rabitə komandası Türkiyədən 1 qələbə, 2 məğlubiyyətlə qayıtdı
20.10.2014 [12:27] - Hərb
“Rabitə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlıqlarını davam etdirən Azərbaycan çempionu qonşu ölkədə 3 matçda nəyə qadir olduğunu nümayiş etdirib.

Səfərə əsas heyət oyunçuları – dünya çempionları Foluke Akinradevo, Tori Dikson, həmçinin Aurea Kruz, Françeska Ferretti və Brenda Kastilyosuz yollanan Bakı təmsilçisi bu qarşılaşmalarda cəmi 1 qələbə qazanıb.

Belə ki, Dejan Brdjoviçin yetirmələri “Vakıfbank”a hər 2 görüşdə uduzublar. Öncə 0:4 hesabı ilə məğlub olan komandamız ardınca yenə rəqiblə bacarmayıb - 1:3 (21:25; 13:25; 32:30; 27:29).

Buna baxmayaraq, “Rabitə” “Beşiktaş”a gücünü göstərib. Təmsilçimiz “qara qartallar”ı “quru hesab”la məğlub ediblər – 3:0 (26-24; 25-19; 25-23).

Qeyd edək ki, “Rabitə” bu həftədən məşqlərini tam heyətlə edəcək.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed