Şrift:
Qol vurdu sevincdən öldü
20.10.2014 [16:22] - Hadisə
Hindistanda yerli liqada bir matçda bədbəxt hadisə baş verib
Hindistanda yerli liqada bir matçda bədbəxt hadisə baş verib.

Hadisə "Bethlehem Venqthlanq" - "Chanmari Vest" arasında baş tutan matçda baş verib. Matç zamanı vurduğu qola sevinən gənc futbolçu öz ölümünə səbəb olub.

Mübarizə 1-0 "Chanmari Vest"in üstünlüyü ilə davam edərkən ev sahibi "Bethlehem Venqthlanq"in 23 yaşlı oyunçusu Peter Biaksanqzuala hücum zamanı topu tora göndərərək tarazlığı bərpa edib.

Elə nə oldusa bu qoldan sonra oldu. Bərabərlik qolunun ardından böyük sevinc yaşayan Peter Biaksangzuala ard-arda akrobatik hərəkətlərlə qola sevinərkən səmtsiz yerə düşüb.

Bir anda yerdə qalan Piterin boynu qırılıb və oradaca dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed