Şrift:
Rusiya, Ermənistan və daha 5 ölkə birgə hərbi təlimlərə başlayıb
21.10.2014 [11:06] - Gündəm, Hərb
Müstəqil Dövlətlər Birliyinin hava hücumundan birgə müdafiə sisteminə daxil olan ölkələr oktyabrın 21-də hərbi təlimlərə başlayıb.

Təlimlərə qırıcı, bombardmançı və hücum təyyarələri, vertolyotlar, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın radiotexnika və zenit-raket qoşunlarının bölmələri cəlb olunub.

Qarşıya qoyulan əsas məqsəd hava məkanının mühafizəsi işində 7 ölkənin birgə fəaliyyətini təkmilləşdirməkdir.

Hər ölkənin öz hava məkanında keçirdiyi təlimlər Moskva vilayətindən – Hərbi Kosmik Müdafiə Qoşunlarının idarəetmə mərkəzindən koordinasiya olunur.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed