21.10.2014 [12:22] - Xəbərlər, Hadisə
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Kiyevdə insan orqanlarının alveri ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətində iştirak edən 2 ölkə vətəndaşını həbs ediblər.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, SBU-dan bildiriblər ki, şübhəli şəxslər əsasən aztəminatlı kənd sakinləri olan donorları əməkdaşlığa cəlb edərək onları qanunsuz orqan transplantasiyası məqsədilə Asiya və Latın Amerikası ölkələrinə göndərirmiş: “2010-2014-cü illər ərzində onlar 500-ə yaxın Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiya vətəndaşını ölkə xaricinə göndəriblər”.
Saxlanılan şəxslərin günahı sübut olunarsa, onları 12 ilə qədər həbs cəzası gözləyir.

Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |