22.10.2014 [12:50] - İdman
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclüləri arasında olan çempionatımıza noyabrın 1-də start veriləcək.
Hələlik yarışda 5 – “Rabitə”, “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom”un mübarizə aparacağı dəqiqdi. Lakin maliyyə sıxıntısı səbəbindən tarixin yaddaşına qovuşan “İqtisadçı”nı yeni komandanın əvəzləyəcəyi bildirilir. Buna isə yarışın startına kimi aydınlıq gələcək.
Yarış ilk dəfə olaraq, saytımızın yazdığı yeniliklərlə start götürəcək. Xəbər verdiyimiz kimi, çempionatımız ilk dəfə “ev-səfər” prinsipi ilə təşkil ediləcək. Həmçinin, hər komandanın sifariş ərizəsində 3 yerli voleybolçu sifariş edilməli, onlardan ən azı biri isə görüş zamanı meydançaya çıxmalıdı.
Artıq komandaların rəqiblərini qəbul edəcəyi məkanlar da dəqiqləşib. “Rabitə” və “Telekom” ev oyunlarını “Gənclik” Olimpiya Kompleksində, digər 3 komanda Voleybol Mərkəzində keçirəcək.
6-cı klubun iştirak etməsi tam müəyyən olunmadığına görə hələlik I dövrənin ilk iki oyununun vaxtı da açıqlanıb. Super Liqanın startı günü, saat 17:00-da son Azərbaycan çempionu “Rabitə” “Azərreyl”lə, 1 gün sonra “Azəryol” “Lokomotiv”lə qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, ötən mövsümkü reqlamentdə dəyişiklik edilməyib.

Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |