Şrift:
Davudoğlu Azərbaycan haqda
22.10.2014 [14:35] - Xəbərlər, Siyasət
"Azərbaycan və Türkiyədəki sabitlik Balkanlarla Qafqazı birləşdirir"
"Bir tərəfdən Azərbaycan və Türkiyədəki sabitlik Balkanlarla Qafqazı birləşdirir. Lakin digər tərəfdən ətrafımızdakı ən önəmli enerji qaynağı olan ölkələrdə böhranlar yaşanır".Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O, bildirib ki, enerji tranziti ölkələrində Ukrayna kimi ya da İraqda yaşanan böhranlar, İrana tədbiq edilən embarqonun əks təsirləri kimi amillər ətrafımızdakı enerji mənbələri ilə zəngin geniş çoğrafiyaların olmasına baxmayaraq bizə enerji planlarımızı hazırlamaqda çətinliklər doğura bilir.

"Bəs nə etməli? Bir necə məqamla bağlı yoldaşları təlimatlandırmışam".

Baş nazir TANAP-ın önəmini də vurğulayıb. O, qeyd edib ki, xarici işlər naziri olduğu dövrdə də bütün nazirliklərə enerji məsələləri ilə bağlı təlimatlar verib, TANAP kimi önəmli bir layihənin imzalanma mərasiminə qatılıb.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed