23.10.2014 [11:38] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türk Akademiyasının qurulmasını nəzərdə tutan razılaşmanı təsdiq edib.
Akademiya 2012-ci ilin avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında imzalanan müqavilə çərçivəsində qurulacaq.
Ötən ay Qazaxıstan parlamenti bu razılaşmanı imzalamışdı.
Mərkəzi Astanada yerləşən Türk Akademiyası alimlərin araşdırmalarını koordinasiya edərək akademik fəaliyyətləri maliyyələşdirəcək. Akademiyanın fəaliyyətinin təkcə türk dünyasında deyil, bütün dünya elminə tövhə verməsi gözlənilir.
Akademiya tarix, arxeologiya , etnoqrafiya araşdırmaları ilə yanaşı yoxa çıxmaq təhlükəsi ilə üzəşən türk ləhcələrinin qorunması və türk dilinə yeni daxil olan sözlərin istifadəsi üçün birgə araşdırmalar aparacaq.

Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |