Şrift:
Rəsmi Tehran: Ermənistanla münasibətlər digər ölkələrin mənafeyinə zidd deyil
23.10.2014 [13:09] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm ölkəsinin Ermənistanla münasibətlərindən danışıb.

Oktyabrın 22-də jurnalistlərə açıqlamasında Mərziyə Əfxəm deyib ki, Tehranla Yerevan bölgədəki bir sıra məsələlərdə ortaq mövqeyə malikdir: “İranla Ermənistanın yaxşı münasibətləri var. Hər iki ölkə arasında müxtəlif sahələrdə bir sıra razılaşmalar mövcuddur. Hazırda iki ölkənin nümayəndələri əldə edilmiş qarşılıqlı razılaşmalarla bağlı sənədlər üzərində işləyirlər. Ümid edirik ki, bu sənədlər ən qısa zamanda hazırlanacaq.

İranla Ermənistan bölgədəki bir sıra məsələlər haqda müştərək görüşə malikdir və onların mövqeyi bəzi məsələlərdə eynidir. Hesab edirik ki, İranla Ermənistan arasında olan yaxşı münasibətlər digər ölkələrin mövqe və mənafeyinə zidd deyil”.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed