24.10.2014 [13:20] - Gündəm, Mədəniyyət
Azərbaycanda “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edilib. Mükafatın təsisçisi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzidir.
Mərkəzdən bildiriblər ki, mükafat bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə təsis olunub.
“Dəf(i)nə yarpağı” müsabiqə yolu ilə veriləcək. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur.
İlk müsabiqə artıq elan olunub və bu müsabiqəyə tərcümə əsərlərinin təqdim olunması üçün oktyabrın 24-dən dekabrın 20-dək vaxt müəyyən edilib.
Qaliblərin adları 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.
Müsabiqəyə təqdim edilən əsərlərin həcmi belə müəyyən olunub: nəsr əsərləri – 20.000 işarəyə qədər; poeziya nümunələri – 100 misraya qədər.
Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim ediləcək.
Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.
Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə təqdim etmək üçün zəruri olan sənədlər:
a) tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;
b) şəxsiyyət vəsiqəsinin surəti;
c) müsabiqə iştirakçısının əlaqə nömrəsi;
ç) tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);
d) tərcümə əsərləri elektron (press@aztc.gov.az ünvanına) və kağız formatında təqdim edilə bilər.
Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir.
Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.
Əsərlər Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşavirliyi tərəfindən qəbul olunur.
Ayrı-ayrılıqda nəsr və poeziya nominasiyalarının hər birində 1-ci yer üçün 3000 manat, 2-ci yer üçün 2000 manat, 3-cü yer üçün 1000 manat məbləğində pul mükafatı müəyyənləşdirilib. Nominasiyaların hər biri üçün 500 manat məbləğində həvəsləndirici mükafat da nəzərdə tutulub.
Müsabiqənin aparılması qaydası belədir: qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasına təqdim edilir.
Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.
Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.
Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanır.
Mükafat diplom və pul təltifindən ibarətdir.
Ünvan: Ə.Topçubaşov 74; email: press@aztc.gov.az ; telefon: 595-10-42; mob: (050) 263-02-95.

Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |