Şrift:
Qarabağın oyununda Məhərrəmlik şərhi
24.10.2014 [14:30] - İdman
Azərbaycanlı şərhçidən dillərə düşən ifadə
Kiyevdə yerli "Dnepr"i məğlub edən "Qarabağ"ın qələbəsilə yanaşı futbolu şərh edən azərbaycanlı şərhçinin bir ifadəsi də dillər əzbəri olub.
"Qarabağ"ın heyətində makedoniyalı Muarem Muarem qol vurduqdan sonra şərhçi qarşıdan Məhərrəmlik ayının gəldiyini və bu ayın adını daşıyan bir futbolçunun fərqləndiyini bildirib.

Qeyd edək ki, Muarem Muarem "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında önəmli pay sahibi olan futbolçulardan biridir. O, pley-offun cavab qarşılaşmasında "Tvente"nin qapısına səfər qolu vuraraq klubunu qrup mərhələsinə daşımışdı.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed