25.10.2014 [11:40] - Güney Azərbaycan xəbərləri, Siyasət
Oktyabrın 24-ü sübh saatlarında İranla Pakistan sərhədində insident olub. İran sərhədçiləri Pakistan ərazisinə 5 qumbara atıblar. Pakistandan isə İrana 2 qumbara atılıb. Qarşıdurma Pakistanın İranla həmsərhəd Bəlucistan əyalətinin Maşəkil məntəqəsində baş verib.
Bir həftə əvvəl Pakistanla İran sərhədçiləri arasında baş vermiş silahlı qarşıdurmada bir pakistanlı əsgər həlak olub, 3 nəfər isə yaralanıb.
İran Pakistanı öz sərhədlərini qorumamaqda, müxalif silahlı bəlucların ölkə ərazisindən İrana keçib burada hərbi əməliyyatlar aparmasına laqeyd yanaşmaqda günahlandırır.
İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanının canişini Hüseyn Səlami oktyabrın 16-da jurnalistlərə açıqlamasında deyib ki, məcbur olsalar, hücumçuları hətta Pakistan ərazisində tapıb cəzalandıracaqlar.
Son iki həftədə İranın Sistan-Bəlucistan əyalətinin müxtəlif şəhərlərində yerli hüquq mühafizə qüvvələri bir neçə dəfə silahlı hücuma məruz qoyulub, nəticədə 16 nəfərdən çox polis öldürülüb, xeyli insan yaralanıb. İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşül-ədl” (“Ədalət ordusu”) qrupu bəyanat yayaraq hücumların məsuliyyətini üzərinə götürüb.
“Ceyşül-ədl”in əsas hərbi bazaları Pakistan ərazisində yerləşir.

Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |