24.12.2011 [19:32] - Gündəm
Moskvada və bir sıra digər iri Rusiya şəhərlərində yerli müxalifətin mitinqləri başlayıb. Təkcə Moskvada etiraz aksiyasına qoşulanların sayı 30 minə çatır. Əsasən liberal müxalifəti təmsil edən aksiya iştirakçıları Rusiya hakimiyyətini son parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edir, yeni seçkilərin keçirilməsi uğrunda mübarizə aparacaqlarını bəyan edirlər. “Ədalətli seçkilər uğrunda!” şüar altında keçirilən aksiyanın baş tutduğu Moskvanın Saxarov prospektinin yerli polis qüvvələri tərəfindən ciddi mühafizə edildiyi xəbər verilir. Rusiya Daxili İşlər Nazirliyi artıq bəyan edib ki, aksiyanın qanundankənar məcraya yönəlməsinə imkan verilməyəcək. Moskvada keçirilən mitinqdə Boris Nemtsov, Harri Kasparov, Aleksey Navalnıy və digər müxalifət liderlərinin iştirak etdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |