Şrift:
Amerika Yəhudiləri Yardım Təşkilatı Qarabağdan olan məcburi köçkünlərlə görüşüb.
26.10.2014 [10:13] - Gündəm, Sosial
Amerika Yəhudiləri Yardım Təşkilatı hər il müntəzəm olaraq keçirdiyi yardım kompaniyası çərçivəsində bir qrup qaçqın, məcburi köçkün və şəhid ailələri ilə görüşüb. Görüş zamanı təşkilatın Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov bildirib ki, təşkilatımız hər zaman imkansız və ehtiyacı olan insanlara yardım edib. Biz hər zaman qaçqın məcburi köçkün və şəhid ailələrinə yardımı borc bilmişik. Bu gündən sonrada yardımlarımız davam edəcək. Sonda məcburi köçkünlərə yardım zərfləri təqdim olunub!
Samir Aslan
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed