Şrift:
MDHP Fransa parlamentinin qərarına etiraz bəyanatı yaydı
25.12.2011 [15:15] - Güney Azərbaycan xəbərləri
Fransanın bu hərəkəti nəinki Türkiyəyə, bütün Türk dünyasına, dünya türklərinə düşmən münasibətin göstəricisidir.

Milli Dirçəliş Hərəkatı Partiysı (MDHP) qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun Fransa Parlamenti tərəfindən qəbulu ilə bağlı bəyanat yayıb.
Bu qanunun Fransa Parlamentinin alt palatasinda qəbulu beynəlxalq hüququn prinsiplərini pozmaqla yanaşı, Türk Dünyasına böyük xəyanətin içində bulunmuşdur: “Fransa parlamentində bu qərarın qəbulu tarixi həqiqətləri siyasi maraqlara görə təhrif edib, eyni zamanda insan hüquq və azadlıqlarının qanunvericilik yolu ilə məhdudlaşdırılmasına imkan yaradıb. Bu da o deməkdir ki, dünyaya demokratiya nümunəsi kimi özünü təqdim etməyə çalışan Fransa öz addımı ilə bütün bəşəri dəyərlərə qarşı olduğunu sübuta yetirmişdir”.
İnsan ləyaqətini və hüquqlarını pozmaq baxımından qara bir tarixi olan Fransanın parlamenti onu rəsmi səviyyədə bir daha təkrarladı. Əlcəzairdə soyqırım törədən Fransa soyqırımla bağlı faktların açıqlanmasını istəməzdi və qəbul olunan bu qərar əslində o soyqırımı pərdələmək cəhdidir. İkinci dünya müharibəsindən sonra Əlcəzairdə 2 milyondan yuxarı insanın soyqırımını həyata keçirən Fransanın bu hərəkəti nəinki Türkiyəyə, bütün Türk dünyasına, dünya türklərinə düşmən münasibətin göstəricisidir.
Əslində bu davraniş məlum şərq məsələsi layihəsinin tərkib hissəsi olaraq strateji hədəf kimi Türk etnosunu və dövlətlərini zəif salmaq,onun ərazilərində dənizlərə açılan Ermənistan qurmaq cəhdidir.Soyqırım iddiası altında TTTT –tanıma,tanıtma,təzminat,torpaq layihəsi gizlənir.Fransa daha iki TT əlavə etdi-təftiş və təhdid.Bu isə faktiki olaraq ərazi iddialı məchul müharibə elanıdır.
MDHP bildirir ki, bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Eyni zamanda Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması, 1 milyondan artıq əhalinin məcburi qaçqın və köçkün şəraitində yaşaması beynəlxalq ictimaiyyətə və həmsədr ölkələrdən biri olan Fransaya da bəllidir: “Fransa ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi təcavüzkar Ermənistana təsir etmək əvəzinə, təcavüzkar dövlətə havadarlıq edir, münaqişənin dondurulmasına və uzadılmasına xidmət göstərir”.Bu halda Fransanin Minsk qrupunda bundan sonra vasitəçi olması mümkün deyil.
Ermənistan Fransa kimi himayəçilərin sayəsində qonşu dövlətlərin ərazisini tutmaqla, tarixini oğurlamaqla bu günə gəlib çıxa bilib: “Fransa Türkiyədən sərhədlərin açılmasını tələb etmək əvəzinə Ermənistandan Azərbaycanın sərhədlərindən kənara çəkilməyi tələb etsin. Eyni zamanda “erməni soyqırımını” tanınmasını Türkiyədən tələb etməkdənsə, uzaq olmayan keçmişinə boylansın. Xocalı, Qaradağlı və onlarla onun kimi soyqırımların videogörüntülərini izləsin. Ermənilərin bu əməlləri beynəlxalq terrorizmin tərkib hissəsidir.
MDHP ,Azərbaycan Respublikasının Fransa ilə bütün sahələrdə münasibətlərə yenidən baxmasını vacib hesab edir.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed